Alternative content

03:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə UNICEF arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
Azərbaycan ilə UNICEF arasında təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
ANA SƏHİFƏ / Təhsil
12:11 23.11.2017

Təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Əfşan Xan ilə görüşüb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə UNICEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.