Alternative content

14:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Görmə qabiliyyətinin itməsinin gözlənilməyən səbəbləri açıqlanıb
Görmə qabiliyyətinin itməsinin gözlənilməyən səbəbləri açıqlanıb
ANA SƏHİFƏ / Səhiyyə
04:11 21.11.2017

Nyu-Yorkda yerləşən Montefiore Tibb Mərkəzinin oftalmoloqları qadınların görmə qabiliyyətinin itirilməsi halları ilə daha çox (75 faiz halda) rastlaşdıqlarını bildirib və nəticəsi qlaukomaya gətirib çıxaran gözlənilməyən səbəbləri açıqlayıblar. Həkimlərin fikrincə, bu səbəblərdən biri ultrabənövşəyi şüalardır.

AZƏRTAC “Medikforum.ru” saytına istinadən xəbər verir ki, oftalmoloqlar gün eynəyindən bütün il ərzində istifadə etməyi məsləhət görürlər. Çünki birbaşa günəş şüaları gözün buynuz qişasına son dərəcə dağıdıcı təsir göstərir. Bununla yanaşı, alimlərin sözlərinə görə gözün tor qişasında ağrı reseptorları olmadığından gözün aldığı termik yanıqlar barədə güman da etmək olmaz.

İnsan yaşa dolduqca görmə qabiliyyətinin zəifləməsinin bir səbəbi də siqaretçəkmə ola bilər. Tədqiqatçılar qeyd edirlər ki, siqaret çəkənlər arasında makulanın yaşlanma degenerasiyasından əziyyət çəkənlər siqaret çəkməyənlərlə müqayisədə iki dəfə çoxdur. Görmə qabiliyyətinin itməsi ilə siqaretçəkmə arasında bağlılıq o qədər güclüdür ki, bunu siqaretçəkmə ilə ağciyərlərin xərçəngi arasında olan bağlılıqla müqayisə etmək olar.

Alimlərin fikrincə, kontakt linzalardan istifadə də risk amillərindən biridir. Bu vərdiş gözün patogen bakteriyalarla yoluxdurma ehtimalını sürətlə artırır, pozulmanı inkişaf etdirir və sonda korluğa gətirib çıxarır. Amerikalı oftalmoloqlar bildirirlər ki, bakteriyaları dezinfeksiyaedici məhlulların köməyi ilə öldürmək mümkün deyil, əgər üzgüçülük zamanı linzadan istifadə olunursa və ya onların konteynerləri axar su ilə yuyulursa, bu hallarda amöb keratiti (gözün buynuz təbəqəsinin iltihabı) ilə yoluxma riski bir neçə dəfə artır.

Bundan başqa, dərman preparatları da görmə qabiliyyətinə və gözün müxtəlif hissələrinə əks-təsir göstərə bilər.