Alternative content

07:30 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cənubi Qafqazın ən böyük büdcəsi
Cənubi Qafqazın ən böyük büdcəsi
ANA SƏHİFƏ / PARLAMENT
01:11 21.11.2017

 

Bu gün Milli Məclisdə 2018-ci ilin əsas maliyyə sənədinin müzakirəsi başlayır

 

Hər bir ölkənin iqtisadi siyasətində və bütövlükdə inkişaf kursunda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri dövlət büdcəsində qarşıya qoyulan vəzifələrdir. Ona görə dövlət büdcəsi layihəsinin və bununla bağlı digər məsələlərin müzakirəsi hər bir ölkədə ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Azərbaycanda da belədir.

Hər il uğurla tərtib olunan dövlət büdcəsi, sözün əsl mənasında, ölkəmizin milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab verir.

Azərbaycan dövlətinin büdcəsi iqtisadiyyatdakı pozitiv meyilləri nəzərə alır. Eyni zamanda, büdcənin tərtibi zamanı dünya maliyyə bazarında baş verən neqativ meyillər də diqqətlə təhlil edilir. Ona görə büdcə gəlirlərinin formalaşması ilə bağlı Azərbaycan iqtisadiyyatında heç bir problem yaranmır. Ölkəmizin 2018-ci il büdcəsi də bu baxımdan təqdirəlayiqdir.

Gələn ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər Milli Məclisin komitələrinin birgə iclaslarında bir neçə gün əvvəl ətraflı müzakirə olunub. Bu gün isə büdcə zərfinə daxil olan məsələlərin parlamentin plenar iclasında müzakirəsi başlayır.

2018-ci ilin dövlət büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun olaraq hazırlanıb. Ölkəmizin mövcud sosial-iqtisadi vəziyyəti və orta müddət inkişafına təsir göstərən daxili və xarici amillər nəzərdən keçirilib, o cümlədən mövcud şərait, dünya iqtisadiyyatında baş verən tənəzzül, beynəlxalq maliyyə bazarlarında böhranla əlaqədar yarana biləcək risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması imkanları təhlil edilib. Layihənin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib. Dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün 1 barel xam neftin satış qiyməti 45 ABŞ dolları səviyyəsində götürülüb.

2018-ci il üçün dövlət büdcəsinin gəlirləri    20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat və yaxud 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2 milyard 621,2 milyon manat və yaxud 15 faiz çoxdur.

2018-ci il dövlət büdcəsinin xərcləri 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır. Bu, 2017-ci illə müqayisədə 2 milyard 964,7 milyon manat və ya 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3154,4 milyon manat və ya 17,8 faiz çox deməkdir. Gələn il üçün dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz çoxdur.

Dövlət büdcəsi xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd  təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlara üzvlük haqları və dövlət borcuna xidmətlə bağlı məsələlərin maliyyə təminatı diqqətdə saxlanılıb.

Növbəti ilin dövlət büdcəsinin gəlir və xərclərinin təhlili göstərir ki, respublikamız inkişafını gələn ildə də davam etdirəcək və bu büdcə xalqımızın rifahının yaxşılaşmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə xidmət edəcək. Bu isə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi strategiyanın nəticəsidir.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”