Alternative content

01:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır
Gündə on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır
ANA SƏHİFƏ / Səhiyyə
07:11 20.11.2017

Məlumdur ki, qoz xərçəngə qarşı mübarizə aparır, iltihabın dərəcəsini azaldır, yaşlanma prosesinin sürətini aşağı salır və ürəyin sağlamlığını möhkəmləndirir. Mütəxəssislərin sözlərinə görə, qoz faydalı antioksidantlarla zəngindir. Tədqiqatların nəticəsinə görə gündə cəmi on qram qoz və ya yerfındığı qəbul etmək ölüm riskini azaldır.

AZƏRTAC “Zee News” saytına istinadla xəbər verir ki, bu dəfə tədqiqatçılar aşkar ediblər ki, hər gün yerfındığı və qoz qəbul etməyin hesabına dərketmə prosesləri ilə bağlı olan beyin ritminin tezliyi artır.

Alimlər yerfındığı, badam, hind qozu, pekan, fıstıq və qozun mütəmadi qəbulunun nəticəsini qiymətləndiriblər. Tədqiqat iştirakçılarının elektroentsefaloqram (EEQ) müayinəsinin nəticəsi göstərib ki, fıstıqın qəbulu məlumatın koqnitiv işlənməsi, təlim, qavrayış ilə bağlı olan qamma-ritmin tezliyinin artmasına səbəb olub. Yerfındığı isə dərin yuxu və orqanizmin bərpası ilə bağlı olan delta-ritmin tezliyini artırıb.