Alternative content

21:02 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin görüşü olub
Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin görüşü olub
ANA SƏHİFƏ / Təhsil
12:11 19.11.2017

 

Türkiyədə təhsil almış azərbaycanlı tələbələrin noyabrın 18-də Bakıda görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, “Böyük tələbə layihəsi”nin 25 illiyi çərçivəsində keçirilən görüş hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Tədbirdə məzunlarla bərabər Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirak ediblər.

Azərbaycan ilə Türkiyənin dostluq və qardaşlıq əlaqələrindən danışan Hafiz Paşayev bu münasibətlərin coğrafiyasının çox geniş olduğunu vurğuladı. Bildirdi ki, təhsil sahəsi bu əlaqələrdə əsas yerlərdən birini tutur. Belə ki, Türkiyədə təhsil alıb qayıdan tələbələr ölkəmizdə müxtəlif sahələrdə çalışırlar. Bu tələbələr arasında öz peşə sahəsində böyük uğurlar qazanan çox sayda insanlar var. Bildirildi ki, ümummilli lider Heydər Əliyev azərbaycanlı gənclərin dünyanın qabaqcıl ölkələrində, o cümlədən qardaş Türkiyədə ali təhsil almalarına xüsusi önəm verirdi. Hazırda Prezident

İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Məhz Azərbaycan Prezidentinin bu diqqət və qayğısının nəticəsidir ki, gənclərimizin xarici ölkələrdə təhsil almaları ilə bağlı mühüm dövlət proqramları qəbul edilir və uğurla reallaşdırılır.

Təhsil nazirinin müavini Ceyhun Bayramov Azərbaycanda təhsil sistemində qazanılan nailiyyətlərdən danışdı. O dedi ki, bu gün Azərbaycanda təhsil Avropa standartlarına cavab verir. Nazir müavini türkiyəli şagirdləri ölkəmizin ali məktəblərində təhsil almağa dəvət etdi. Görüşdə çıxış edən digər natiqlər də Azərbaycan-Türkiyə əlaqələrinin əhəmiyyətindən danışdılar.