Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:58 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pediatr Ülviyyə Hacıyeva: fəal həyat tərzi uşaqlarda iştahanı artırır
Pediatr Ülviyyə Hacıyeva: fəal həyat tərzi uşaqlarda iştahanı artırır
ANA SƏHİFƏ / Səhiyyə
05:11 18.11.2017

 

Son zamanlar əksər anaların əsas şikayəti xüsusilə körpə və kiçik yaşlı uşaqların iştahasız olması və ya qeyri-düzgün qidalanmasıdır.

Müasir dövrdə uşağın ananın hesab etdiyi kimi yaxşı qidalanmaması bütün ailənin gərginliyinə, ailədaxili stress və valideynlər arasında konfliktlərə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Ülviyyə Hacıyeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: “Bu problemi ailə pediatrın köməyi ilə həll etsə, daha yaxşı olar. Belə ki, bəzi analar övladının az və ya düzgün qidalanmamasından narahat olub, övladını məcbur yəni, “başını qataraq”, bir qismi hətta cəzalandıraraq, uydurulmuş “qəhrəmanlarla” qorxudaraq yedizdirir. Bu isə problemi daha da dərinləşdirir. Belə ki, bu, uşaqda qidaya qarşı ikrah hissi yaradır və gələcəkdə nevrogen anoreksiyanın inkişafına səbəb olur. Pediatrlar isə ananın dediyi şikayətin– uşağın kəmiyyət və keyfiyyətcə düzgün qidalanmamasının həqiqətə uyğun olub-olmamasını aydınlaşdırmalı və problem olduğu təqdirdə onun səbəbini araşdırmalıdırlar. İlk növbədə uşağın fiziki inkişafı qiymətləndirilməlidir.

Uşağın iştahasızlığı fonunda-fiziki inkişafında yaşına uyğun göstəricilərdən geri qalıb-qalmaması müəyyən müayinələrlə ortaya çıxır. Fiziki inkişafı, əhval-ruhiyyəsi normal olan və başqa şikayətləri olmayan uşaqların ananın özünün istədiyi qədər təqdim etdiyi və xeyirli hesab etdiyi və uşağın sevmədiyi qidanı qəbul etməməsi problem hesab edilmir. Hər bir sağlam uşaq həyatının müəyyən dövründə az yeyir.

Uşaqlarda iştahanın zəifləməsi zamanı ortaya çıxan bir sıra xəstəliklər də var. Bu zaman valideynlər diqqətli olmalıdırlar. Bunlara kəskin infeksiyalar, mədə bağırsaq sistemi xəstəlikləri, qastroezofaqal refluks, qəbizlik, qaraciyər xəstəlikləri, metabolik/endokrin pozuntu, Zn, Fe, B12 çatışmazlığı, hipotireodizm, şəkərli diabet, Adisson xəstəliyi, sinir-psixi pozuntu, birləşdirici toxumanın sistem xəstəlikləri və bu kimi bir sıra problemlər də aid edilir.

Sağlam uşaqlarda iştahasızlığın əsas səbəbləri isə yeməkarası dövrdə süd, meyvə şirələri, şirniyyat və sairə qidalar qəbul etməsi, az hərəkətli olmasıdır. Bu səbəbdən hər bir valideyn qidalanma vaxtını uşağa uyğun seçməli, ona müxtəlif qidalar təqdim etməli, seçim hüququ verməli, istəmədiyi yeməyi süfrə başında müzakirə etməməlidir. Uşağın qida rasionuna əsasən xoşladığı və onun istədiyi miqdarda yeməyi daxil etsə, bu, daha yaxşı olar. Böyük yaşlı uşaqlarda süfrənin hazırlanması onların yeməyə olan sevgisini artırmış olar. Uşağı xoşlamadığı qidanı yeməyə məcbur etmək, yemədiyi üçün danlamaq olmaz.

Onu da qeyd edim ki, kifayət qədər təmiz havada olmaq, fəal həyat tərzi uşaqlarda iştahanı artırır”.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM