Alternative content

12:10 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Fərmanlar
12:11 18.11.2017

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463  nömrəli Fərmanı  ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”ni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 463 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 125; 2017, № 2, maddə 175, № 7, maddə 1349) ilə təsdiq edilmiş “ASAN ödəniş” sistemi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.         4.0.10-cu yarımbəndə “yerləşdirmək” sözündən sonra “(yerləşdirilmə vaxtını göstərməklə)” sözləri əlavə edilsin.

2.         Aşağıdakı məzmunda 7.1.5-1-ci yarımbənd əlavə edilsin:

“7.1.5-1. foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib olunmuş inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi çatdırılması barədə məlumatları;”.

3.         7.4-cü bəndə “yerləşdirilir” sözündən sonra “(yerləşdirilmə vaxtı göstərilməklə)” sözləri əlavə edilsin.

4.         Aşağıdakı məzmunda 7.10-1-ci bənd əlavə edilsin:

“7.10-1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında elektron protokol inzibati xətanın törədildiyi gündən bir ay müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz.”.

5.         7.11-ci bəndə “edilə bilməz” sözlərindən sonra “, həmin səbəbdən nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilə bilməz, nəqliyyat vasitəsi saxlanılaraq duracağa gətirilə bilməz” sözləri əlavə edilsin.

6.         7.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

“7.12. Bu əsasnamənin 7.4-cü və 7.5-ci bəndlərində göstərilən məlumatlar sistem istifadəçilərinin sistemə daxil etdikləri məlumatlar əsasında, belə məlumatlar daxil edilmədikdə isə sistem iştirakçılarının sistemə ötürdükləri məlumatlar əsasında göndərilir.”.

7.         7.13-cü bənd ləğv edilsin.

8.         7.15-ci bəndin üçüncü cümləsinə “yerləşdirilir” sözündən sonra “(yerləşdirilmə vaxtı göstərilməklə)” sözləri əlavə edilsin.

9.         Aşağıdakı məzmunda 7.18-1-ci bənd əlavə edilsin:

“7.18-1. İnzibati xəta törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada sistemə göndərir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 13 noyabr 2017-ci il