17 Noyabr 2017 02:11
394
PARLAMENT
A- A+

Ölkəmizdə ödənişli avtomobil yollarının əhatə dairəsi dəqiqləşdirilir

Avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, yol təsərrüfatının inkişaf etdirilməsi, investisiyaların cəlb olunması, müasir standartlara cavab verən avtomobil yollarının tikilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizliyinin təmin olunması məqsədilə yerli və respublika əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarında ödənişli avtomobil yolları yaradıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Avtomobil yolları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

Qeyd olunub ki, təklif olunan dəyişiklik ödənişli yolların əhatə dairəsini dəqiqləşdirir. Bildirilib ki, ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsinin, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər. Ödənişin körpülər və digər yol qurğuları da daxil olmaqla, avtomobil yollarında bütün yolboyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiqinə icazə verilir.

Sənədə əsasən “Avtomobil yolları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədilə hazırlanıb. Ödənişli avtomobil yollarının yaradılması ilə bağlı digər hüquqi və təşkilati məsələlər (avtomagistraldan ödənişli yol kimi istifadə qaydası, hər bir nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləği, avtomagistraldan ödənişli yol kimi istifadə edilməsi barədə məlumatın forması, avtomagistraldan ödənişli əsaslarla istifadənin dayandırılması və xitam verilməsi qaydası və halları) qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video