Alternative content

21:02 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qanunvericiliyin təkmilləşdirilməsi davam edir
Qanunvericiliyin təkmilləşdirilməsi davam edir
ANA SƏHİFƏ / PARLAMENT
12:11 17.11.2017

 

Noyabrın 17-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirildi. Spiker Oqtay Əsədov iclası açandan sonra deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər. Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. 

Əvvəlcə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454 - VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar bir sıra qanunlara təklif olunan dəyişikliklər barədə məlumat verdi. Qısa müzakirədən sonra “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Kommersiya sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”, “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihələri təsdiq olundu.
Sonra komitə sədri Ziyad Səmədzadə “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etdi. Qeyd olundu ki, bu qanun layihəsi ödənişli avtomobil yolları yaradıla bilən yolların dairəsini (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi avtomagistrallar, ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yolları) dəqiqləşdirmək, habelə ödənişli yolların yaradılması ilə bağlı zəruri məsələləri tənzimləmək məqsədi ilə hazırlanmışdır. Ödənişli avtomobil yolları ilə bağlı digər hüquqi və təşkilati məsələlər qanun qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir.
Qanun layihəsi təsdiq olundu.
Müzakirəyə çıxarılan növbəti məsələ “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi idi. Təklif olunan dəyişikliklər qanunvericiliyin təkmilləşdirilməsi, açıq məkanda reklama icazə alınması üçün prosedurların dəqiqləşdirilməsi, habelə açıq məkanda reklam yerləşdirilməsi və reklam yayımına görə haqqın ödənilmə qaydası və məbləği ilə bağlı məsələlərin tənzimlənməsi məqsədi daşıyırdı. Belə ki, layihədə irəli sürülən dəyişikliklərə əsasən, birbaşa aid olduğu xidmət, ticarət və digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 2 kvadratmetrdən artıq olmayan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam daşıyıcıları hesab edilməyəcək. Bununla da hansı məlumat lövhələrinin reklam olub-olmaması ilə bağlı praktikada geniş rast gəlinən qeyri-müəyyənliklər aradan qaldırılacaq.
Deputatlar qanun layihəsinə müsbət münasibət bildirdilər.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrini müzakirəyə təqdim etdi. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1182 nömrəli Fərmanı ilə “Dövlətə məxsus olan hüquqi şəxslərin daxili və xarici borcalması Qaydası” təsdiq edilmişdir. Müzakirəyə çıxarılan qanun layihələrində təqdim edilən təkliflərin əsas mahiyyəti həmin fərmanda qeyd olunan qaydaların pozulmasına görə cinayət və inzibati məsuliyyət müəyyən edən normaların müəyyənləşdirilməsindən ibarət idi.
Bu qanun layihələri də təsdiq olundu.
Komitə sədri Əli Hüseynli bir paketdə Milli Məclisə təqdim olunmuş “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri barədə də məlumat verdi. Qeyd olundu ki, qanun layihələri daşınmaz əmlaka sərəncam verilməsi sahəsində mexanizmlərin daha da təkmilləşdirilməsi məqsədi ilə hazırlanmışdır. Dəyişikliklərə əsasən, daşınmaz əmlakın dövlət reyestri “Elektron hökumət” portalına inteqrasiya olunacaq, hüquq sahibinin istəyi olduqda notarius və ya notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs həmin portal vasitəsilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı real vaxt rejimində özü əldə edəcək. Bununla da daşınmaz əmlak üzərində sərəncam verilməsi daha operativ şəkildə həyata keçiriləcək.
İclasda “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi də qısa müzakirədən sonra təsdiq olundu.
Narkotiklərlə bağlı mübarizədə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında”, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihələri, “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi təsdiq olundu.
İclasda “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi də müzakirə olundu. Deputatlar qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təklif olunan dəyişikliklərə müsbət münasibət bildirdilər.
Qısa müzakirədən sonra “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi də qəbul olundu. Təklif olunan dəyişiklik “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 652-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar idi.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” növbəti qanun layihəsi də qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyırdı. Belə ki, 2015-ci il 29 dekabr tarixində qəbul edilmiş İnzibati Xətalar Məcəlləsinin 342.1.2-ci maddəsində nəqliyyat vasitələrini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə qırx manat miqdarında cərimə nəzərdə tutulur. Təcrübə onu deməyə əsas verir ki, Məcəllənin bu maddəsi tətbiq edilmir. Bu səbəbdən də həmin maddənin çıxarılması təklif edildi.
Eyni zamanda, Məcəllənin 345.2-ci maddəsinin tətbiq edilməsinə ehtiyac qalmadığından həmin maddənin çıxarılması da təklif edilir. Həmin maddəyə əsasən, banı zədələnmiş nəqliyyat vasitələrinin müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan təmirə qəbuluna görə iki yüz əlli manat cərimə nəzərdə tutulur. Son dövrlər Daxili İşlər Nazirliyinin maddi-texniki bazasının və elektron informasiya sistemlərinin və ehtiyatlarının inkişaf etdirilməsi hər hansı qanun pozuntusunun aşkar edilməsinə imkan yaradır. Bu səbəbdən də banı zədələnmiş nəqliyyat vasitələrini təmirə qəbul edərkən müvafiq icra hakimiyyəti orqanının icazəsinin olmasına ehtiyac qalmır.
Qanun layihəsi səsə qoyularaq qəbul olundu.
İclasda “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi də təsdiq olundu.
Gündəlikdəki növbəti məsələ “Azərbaycan Respublikasının “Rəşadət” ordeninin təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi idi. Layihəyə əsasən, “Rəşadət” ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları təltif edilirlər.
Qanun layihəsi qəbul olundu.
Dünənki iclasda son olaraq “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliyə əsasən, prokurorluq işçilərinin nəzəri biliklərinin və peşə hazırlığının vaxtaşırı qiymətləndirilməsi yalnız bu qanunda müəyyən edilmiş hallarda həyata keçirilir. Qanuna görə hər hansı digər vaxtaşırı qiymətləndirmə üsulları tətbiq edilə bilməz.
Deputatlar bu qanun layihəsini də təsdiqlədilər.

Rəşad CƏFƏRLİ,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”