Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

09:51 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Antibiotiklərin düzgün istifadə edilməməmsi həyat üçün ciddi təhlükə mənbəyidir
Antibiotiklərin düzgün istifadə edilməməmsi həyat üçün ciddi təhlükə mənbəyidir
ANA SƏHİFƏ / Səhiyyə
08:11 16.11.2017

Xəbər verildiyi kimi, bu il noyabrın 13-dən 19-dək Dünya Səhiyyə Təşkilatının təşəbbüşü ilə Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi keçirilir.

AZƏRTAC təşkilatın saytına istinadla xəbər verir ki, kampaniya “Antibiotikləri qəbul etməzdən əvvəl ixtisaslaşmış səhiyyə mütəxəssisi ilə məsləhətləşin” devizi altında keçirilir. Antibiotiklər dəyərli vasitədir, ona görə də onları qəbul etməzdən əvvəl düzgün tövsiyə almaq vacibdir. Antibiotiklərdən məsuliyyətlə istifadə həm daha yaxşı müalicə olunmağa, həm də antibiotiklərə davamlılığın inkişaf etməsinin azaldılmasına kömək edəcək.

Kampaniyanın məqsədi antibiotiklərə davamlılığı səhiyyədə qlobal miqyasda tanınmış problem elan etmək, antibiotiklərdən lazımi şəkildə istifadə etməklə onların effektivliyinin qorunub saxlanmasına dair maarifləndirmə işlərini fəallaşdırmaqdır. Bir faktı etiraf etmək lazımdır ki, antibiotiklərə davamlılığın inkişaf etməsinə qarşı mübarizədə hamı iştirak etməlidir - ayrı-ayrı adamlar da, səhiyyə və kənd təsərrüfatı mütəxəssisləri də, hökumətlər də.

DST BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Dünya Heyvan Sağlamlığı Təşkilatı ilə birgə məlumat xarakterli bir sıra materiallar hazırlayıb. Kampaniyanın gedişində təhsil müəssisələrində və sosial şəbəkələrdə maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır.

Təşkilatın ekspertləri antibiotikləri yalnız ixtisaslaşmış səhiyyə mütəxəssisi tərəfindən təyin olunan zaman qəbul etməyi, əllərin lazımi gigiyenasına riayət etməyi, istifadə olunmamış qalan antibiotikləri heç kimə təklif etməməyi və onlardan istifadə etməməyi məsləhət görürlər.

Təşkilatın saytında müxtəlif ölkələrdən olan insanların həyatında antibiotiklərin mənfi təsirlərinə dair məqalələr yer alıb.

Metyu Eyms, Avstraliya.

Azyaşlı 4 uşaq atası olan 39 yaşlı Metyuda adi laringit dərmanlara dayanıqlı, həyat üçün təhlükəli bir virusa çevrilib. Toksiki şok keçirən Metyunun həyatını xilas etmək üçün isə həkimlər onun əl və ayaqlarını amputasiya etmək məcburiyyəti qarşısında qalıblar və o sağ qalıb.

“Barmaqlarımdan başlayaraq mənim əl və ayaqların tədricən ölürdülər. Çoxlu sayda toksin ifraz olaraq bədənimi məhv edirdi. Bu səbəbdən həkimlər ətraflarımı kəsməyə məcbur oldular. Sağ qaldığım üçün çox şanslıyam. Lakin mənim başıma gələnlər kiminsə həyatını xilas etmək üçün bir dərs olacaqsa bu çox gözəl olar”.

Everli Makario, ABŞ.

Everlinin oğlu Simon qızdırması qalxana qədər çox gülərüz və xoşbəxt uşaq idi.

“Biz onu axşam xəstəxanaya apardıq, səhər isə o öldü. Simonun ölüm səbəbi tez inkişaf edən infeksiya idi. Öldükdən sonra onun üzərində aparılan araşdırmaların cavabı bir neçə aydan sonra bizə təqdim olundu. Məlum oldu ki, biz əslində onu metesilinə dayanıqlı infeksiya səbəbindən itirdik. O zamana qədər nə mən, nə də yoldaşım bu barədə heç bir şey eşitməmişdik. İndi biz bilirik ki, həddindən artıq və gərəksiz antibiotik istifadəsi, o cümlədən qidada istifadə olunan heyvanlara bu preparatların yeridilməsi daha zəif bakteriyaların ölümünə, daha güclülərin isə inkişaf etməsinə şərait yaradır.

Xahiş edirəm bu istiqamətdə aparılan maarifləndirmədə siz nə qədər rol oynaya bilərsiz, bu barədə düşünün”.

Dafni Dikers, Niderland.

Dafni televiziya aparıcısı və keçmiş top modeldir. İki uşaq anası Dafni bir ildən çoxdur ki, sidik kisəsində meydana çıxan infeksiyası və yanaşı bir sıra problemlərdən əziyyət çəkirdi. Həkimlər qadının probleminin çoxsaylı antibiotika davamlı bakteriyalar səbəbindən yarandığını müəyyən ediblər. Dafni bu xəstəliklə mübarizədə qalib gəlib və hazırda sağlamdır. Lakin onu gələcəkdə bədənində meydana çıxa biləcək hansısa infeksiya ilə antibiotiklərin mübarizəsi nə nəticə verəcəyi narahat edir.

“Təsəvvür edin ki, siz çox aqır xəstəsiz. Bir anda nələrin baş verdiyini anlayırsız və sonra özünüzü xəstəxanada görürsüz. Həkimlər sizə deyirlər ki, bu xəstəlik zamanı istifadə olunan səkkiz növ antibiotikdən yalnız biri sizin bədəninizə uyğundur. Bu ola bilər. Lakin bu yeganə dərman da öz effektivliyini göstərməsə sizin başqa alternativiniz qalmır. Təsəvvür edin ki, sizə qoyulan adi sidik kisəsi infeksiyası diaqnozu sağalmaz bir xəstəliyə çevrilir və siz bundan ölə bilərsiniz. Bu doğurdan da çox qorxuludur.”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM