Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:53 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq cinayət törədən şəxslərin cəzalandırılmasına dair qanun layihəsinin son ictimai müzakirəsi keçirilib
Beynəlxalq cinayət törədən şəxslərin cəzalandırılmasına dair qanun layihəsinin son ictimai müzakirəsi keçirilib
ANA SƏHİFƏ / PARLAMENT
12:11 16.11.2017

Noyabrın 16-da Milli Məclisdə “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması sistemi: milli qanunvericilik və beynəlxalq hüquq” mövzusunda yekun müzakirələr aparılıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova tədbiri açaraq layihənin yekun müzakirəsinin Milli Məclis, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirildiyini bildirib.

Milli Məclis sədrinin müavini deyib ki, layihədə həm ölkə daxilində, həm də ölkə xaricində cinayətkarlara qarşı tətbiq olunacaq hüquqi mexanizmlər ehtiva olunub. Qeyd edilib ki, dünyada beynəlxalq cinayətləri törədənlərə qarşı prinsipial ardıcıl tədbirlər həyata keçirilir. Qanunun hazırlanmasında məqsəd bu istiqamətdə milli qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir. Bu, Xocalı soyqırımı da daxil olmaqla beynəlxalq cinayətləri törədənlərin cəzalandırılmasına yönəlmiş bir sənəddir.

Bahar Muradova Milli Məclis tərəfindən tərtib olunan “Xocalı soyqırımının dünyada tanıdılması: fəaliyyət və nəticələr” adlı sənədlər toplusunu tədbir iştirakçılarına təqdim edib. Kitabda Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycan Prezidenti və Milli Məclisi tərəfindən qəbul edilmiş sənədlər, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində həyata keçirilmiş fəaliyyəti əks etdirən materiallar, eləcə də Xocalı soyqırımının tanınması ilə bağlı beynəlxalq təşkilatların və ayrı-ayrı ölkələrin icra və qanunvericilik orqanlarının qəbul etdikləri rəsmi sənədlər xronoloji ardıcıllıqla verilib. Kitab Milli Məclisin sədri Oqtay Əsədovun “Xocalı şəhidlərinin qanı yerdə qalmayacaqdır” sərlövhəli məqaləsi ilə başlayır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev təqdim olunan sənədi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ən uğurlu layihələrindən biri kimi dəyərləndirib. O, Milli Məclislə Şura arasında səmərəli əməkdaşlığı təqdir edib. Qanun yaradıcılığı prosesinə vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunmasını və bu ənənənin davam etdirilməsini önəmli hesab edib. Qeyd olunub ki, Azərbaycana qarşı törədilən beynəlxalq cinayətləri nəzərə alaraq, belə bir vacib qanunun hazırlanması böyük əhəmiyyət kəsb edir.

“Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin icraçı direktoru Elman Aslanov layihənin hazırlanması prosesi, icrası və təbliği ilə bağlı məlumat verib. Bildirilib ki, sənəd üzərində işləyərkən bu sahədə beynəlxalq təcrübə öyrənilib və milli maraqlar nəzərə alınıb. Layihənin təşviqi istiqamətində müxtəlif bukletlər hazırlanıb, mətbuatda məqalələr dərc olunub, televiziyalarda müsahibələr efirə verilib.

Parlament Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov öz çıxışında söyləyib ki, İkinci Dünya müharibəsindən sonra hərbi cinayətlərə görə cəzasızlığın aradan qaldırılması məsələsi aktuallaşıb. Beynəlxalq cinayətlərin təqibində əsas rol dövlətlərin üzərinə düşür. Bunu həyata keçirmək üçün müvafiq qanunvericilik mövcud olmalıdır. İnsanlıq əleyhinə cinayətlərə görə məsuliyyətə cəlb etmək baxımından təqdim olunan layihə tam zamanında hazırlanıb.

Diqqətə çatdırılıb ki, həm ölkə, həm də xarici mətbuatda layihənin tanıdılması ilə bağlı məqalələr dərc edilib. Cari ilin oktyabr ayında Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutunda geniş tədbir keçirilib. Bu, layihənin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Qanun layihəsi ətrafında aparılan müzakirələrdə deputatlar Tahir Kərimli, Asim Mollazadə, Hikmət Məmmədov, Elman Nəsirov, Hərbi Prokurorluğun idarə rəisi Emil Tağıyev, QHT təmsilçisi Sahib Məmmədov, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə fikirlərini açıqlayıblar. Bildirilib ki, bu, beynəlxalq əhəmiyyətli bir sənəddir. Eyni zamanda, Azərbaycanda baş verən terror aktlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında böyük önəm kəsb edir. Xüsusən, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hüquqi müstəvidə mübarizə aparmağımıza yardım edəcək.

Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanun mükəmməl şəkildə hazırlanıb. Bu layihə onu göstərir ki, Azərbaycanda beynəlxalq cinayət törədənlərə qarşı hüquqi mexanizmlər yaradılıb. Bu sənəd yalnız Dağlıq Qarabağda, o cümlədən, Xocalıda törədilən soyqırımına görə deyil, eyni zamanda, bütün beynəlxalq cinayətlərə şamil edilir.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev çıxışında bu layihənin Azərbaycanın üzləşdiyi problemlə bağlı olduğunu deyib. Vurğulanıb ki, Dağlıq Qarabağ bizim ağrılı yerimizdir. Dünya təcrübəsi göstərir ki, münaqişələr zamanı törədilən cinayətlərdə hər iki tərəfin iştirakı nəzərə alınır. Sənəddə müharibə zamanı cinayət törədən insanların məsuliyyətə cəlb olunması nəzərdə tutulub. Yeni qanunun məqsədi Azərbaycan dövlətinin öz mənafeyini qorumaqdan, cinayətkarların öz layiqli cəzalarını almasından ibarətdir. Qeyd edilib ki, layihədə müharibə vaxtı edilən cinayətlər barədə söhbət gedir.

Aparat rəhbəri qanunda təsbit olunan bəzi məsələlər, o cümlədən beynəlxalq cinayətləri törədənlərin ekstradisiyasına toxunub. Bildirilib ki, sənəddə bir sıra aktual hüquqi və siyasi problemlər əks olunub. Qanun layihəsi beynəlxalq standartlara cavab verir. Biz bu sənədi beynəlxalq hüquq ictimaiyyətinin nəzərinə çatdırmaq istiqamətində əməli addımlar ata bilərik.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM