Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

20:35 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
ANA SƏHİFƏ / Qanunlar
12:11 16.11.2017

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin

17-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 fevral tarixli 508-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 125; 2005, № 4, maddə 285, № 10, maddə 876; 2007, № 10, maddə 934,  № 12, maddə 1219; 2013, № 6, maddə 595; 2016, № 11, maddə 1762) aşağıdakı dəyişikliklər edilsin:

1. Preambula üzrə:

1.1. birinci abzasa “özünüidarəetmə orqanlarının,” sözlərindən sonra “publik hüquqi şəxslərin (bundan sonra - qurum),” sözləri əlavə edilsin;

1.2. ikinci abzasa “orqanlarına” sözündən sonra “və yerli özünüidarəetmə orqanlarına, qurumlara” sözləri, “özünüidarəetmə orqanlarında” sözlərindən sonra “, qurumlarda” sözü əlavə edilsin.

2. 1-ci, 9.3.2-ci və 9.3.5-ci maddələrə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin.

3. Aşağıdakı məzmunda 2.1.7-1-ci maddə əlavə edilsin:

“2.1.7-1. qurumların rəhbərləri və işçiləri, o cümlədən qurumlarda xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şəxslər;”.

4. 4-cü maddənin adına “orqanlar” sözündən sonra “(qurumlar)” sözü əlavə edilsin.

5. 4.1-ci maddənin birinci cümləsinə “orqanları” sözündən sonra “, yerli özünüidarəetmə orqanları, qurumlar” sözləri əlavə edilsin.

6. 8.2-ci maddənin ikinci cümləsində “və ya yerli özünüidarəetmə orqanına” sözləri “, yerli özünüidarəetmə orqanına və ya quruma” sözləri ilə əvəz edilsin.

7. 8.5-ci maddənin ikinci cümləsinə “orqanına” sözündən sonra “, yerli özünüidarəetmə orqanına və ya quruma” sözləri əlavə edilsin.

8. 9.3.4-cü maddədə “orqanın” sözündən sonra “(qurumun)” sözü əlavə edilsin və “orqanlarının” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri əlavə edilsin.

9.  9.3.7-ci maddəyə “orqanların” sözündən sonra “(qurumların)” sözü əlavə edilsin.

10. 9.3.10-cu maddədə “orqanları və ya yerli özünüidarəetmə orqanlarının” sözləri “orqanlarının, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri ilə əvəz edilsin.

11. 9.3.11-ci maddədə “və ya yerli özünüidarəetmə orqanlarının” sözləri “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri ilə əvəz edilsin.

12. 12.1-ci maddənin ikinci cümləsinə “orqanlarının” sözündən sonra “, yerli özünüidarəetmə orqanlarının və ya qurumların” sözləri əlavə edilsin.

13. 13-cü maddədə “orqanları” sözündən sonra “, yerli özünüidarəetmə orqanları və ya qurumlar” sözləri əlavə edilsin, “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 oktyabr 2017-ci il


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM