Alternative content

03:23 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin komitə iclasında “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə olunur
Milli Məclisin komitə iclasında “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirə olunur
ANA SƏHİFƏ / PARLAMENT
04:11 15.11.2017

Noyabrın 15-də Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, komitə sədri İsa Həbibbəyli gündəlikdəki məsələ barədə məlumat verib.

İclasda "Peşə təhsili haqqında" yeni qanun layihəsi müzakirə edilir.

İsa Həbibbəyli bildirib ki, yeni hazırlanan qanun beş fəsil, 26 maddədən ibarətdir. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin müvafiq bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Bu sənəd təhsil və elm vasitəsilə ölkənin gələcək tərəqqi və rifahını yüksəltmək məqsədilə müxtəlif növ və səviyyədə olan hazırlığının bütün formalarına şamil edilir.

Qeyd olunub ki, Peşə təhsili haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “Təhsil haqqında” Qanundan, digər normativ-hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Peşə təhsili haqqında Azərbaycan Respublikası qanunvericiliyinin məqsədi peşə təhsili sahəsində vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyası ilə nəzərdə tutulmuş təhsil hüququnun təmin olunmasından, peşə təhsili prosesi iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən və təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir.