Alternative content

00:31 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə olunur
Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə olunur
ANA SƏHİFƏ / PARLAMENT
12:11 15.11.2017

2018-ci ildə əmək pensiyaçılarının sayının 1 milyon 315 min nəfər təşkil edəcəyi gözlənilir

 

Noyabrın 15-də Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, komitə sədri Hadı Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri müzakirə olunur.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar qısa müddətdə müsbət nəticələrini verib. Nazir deyib: “Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkədə sosial müdafiə sistemi əhalinin 91 faizinə xidmət edir. Bu da ölkədə yoxsulluğun azaldılmasına səbəb olur”.

Əhalinin nominal gəlirlərinin 8 faiz artdığını qeyd edən Səlim Müslümov bildirib ki, adambaşına düşən gəlirlər 6,9 faiz olub. “Bu gün ölkəmizdə inflyasiya 13,9 faizdir. Doğulanların sayı 156 min nəfərdir. Gələn ilin proqnozlarına əsasən qadınların yaş həddinin 78, kişilərin isə yaş həddinin 73 olacağı gözlənilir. Bir işçinin hesablanmış orta əməkhaqqı 550 manata çatacaq. 2018-ci ildə əmək pensiyaçılarının sayının 1 milyon 315 min nəfər təşkil edəcəyi gözlənilir.