Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

23:00 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Prezident İlham Əliyev Braziliyanın xarici əlaqələr nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Braziliyanın xarici əlaqələr nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
11:11 15.11.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Braziliya Federativ Respublikasının xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreiranın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin inkişafı baxımından önəmini qeyd etdi. Əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da addımlar atmağın zəruriliyini qeyd edən Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu dedi və Braziliyanın xarici əlaqələr nazirinin Azərbaycana rəsmi səfərini bunun yaxşı göstəricisi kimi dəyərləndirdi. Gələcək illərdə qarşılıqlı iqtisadi əməkdaşlığa diqqət yetirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında ticarət dövriyyəsinin hələ ki, aşağı səviyyədə olduğunu bildirdi. İnvestisiya layihələrinə toxunan Prezident İlham Əliyev biznes dairələrinin birgə fəaliyyəti sayəsində daha da yaxşı nəticələrə nail olmağın mümkünlüyünü vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Braziliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə və nazir Aloyzio Nunyes Ferreiranın ölkəmizə səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.

Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira öz növbəsində Prezident İlham Əliyevin əməkdaşlığımızın inkişaf etdirilməsi ilə bağlı dediyi fikirlərlə tam razı olduğunu bildirdi. Nazir əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini vurğuladı. Braziliyalı nazir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə inkişaf etdirilməsində çox maraqlı olduğunu dedi və bildirdi ki, ölkəmizə səfərinin əsas məqsədi bununla bağlı məsələləri müzakirə etməkdir.

Görüşdə Azərbaycan ilə Braziliya arasında iqtisadi, sərmayə qoyuluşu, biznes, turizm, təhsil, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM