14 Noyabr 2017 05:11
478
Səhiyyə
A- A+

Şəkərli diabet və pəhriz

Şəkərli diabet diaqnozu qoyulandan sonra həkim xəstəliyin müalicə taktikasını müəyyən edir. Diabet xəstəlik deyil, onu həyat tərzinə çevirmək üçün düzgün qidalanma və fiziki fəallıq əsas şərtlərdən biri sayılır. Sağlam qidanın əsas prinsipi onun sadə və yüngül olmasıdır. Səhər, günorta və axşam qəbul edilən qida 50 faizi tərəvəz, qalan 50 faizi digər karbohidratlar, yarısı isə zülallardan ibarət olunmalıdır. Əsas tarazlığı pozmamaq şərtilə xəstə öz ağız dadına görə qidanı seçməlidir. Şəkərli diabet xəstələri üçün ayrıca qida hazırlamağa ehtiyac yoxdur, ailənin bütün üzvləri onun rasionuna uyğun qida qəbul edə bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirlər DİN-in A.Heydərov adına Respublika Hospitalının endokrinoloqu Sevinc Kazımovaya məxsusdur. O, diabet barədə danışarkən deyib: "Sağlam balanslaşdırılmış pəhriz və daim fiziki fəallıq çox böyük əhəmiyyət kəsb edərək diabetin gedişi, ağırlaşmaları, təzyiq və qanda xolesterinin miqdarını tənzimləməyə kömək edir. Nəticədə diabetin fəsadlarının, məsələn, infarkt, insult, böyrək çatışmazlığı, ayaqlarda qanqrena və görmə zəifləməsinin əmələgəlmə ehtimalını azaltmaq olar. Şəkərli diabetin müalicəsində düzgün qida qəbulu və fiziki aktiv həyatdan sonra qanda şəkərin miqdarını gündəlik təyin etməklə dərman preparatı qəbul etməmək barədə qərarı yalnız həkim verə bilər.

Diabetli xəstənin qəbul etdiyi qidanın tərkibi barədə bilməsi çox vacibdir. Qəbul edilən qidada az da olsa müxtəlif yağlar olmalıdır. Bunlar yağda həll olan vitaminlərin sorulması və xolesterin mübadiləsi üçün çox mühüm şərtdir. Yağlar karbohidratlardan iki dəfə çox kaloriyə malik olduğu kimi, orqanizmdə şəkərin miqdarına da fərqli təsir göstərir".

Həkim-endokrinoloqun dediyinə görə, boy artımı və orqanizmin qurulması üçün zülallar vacibdir. Ət, balıq və quş əti zülallarla zəngindir. Diabet ürək xəstələri riskini artırdığına görə qəbul edilən qidada yağın miqdarına nəzarət etmək son dərəcə vacibdir. Karbohidratlarla zəngin olan qida məhsulları bir neçə qrupa bölünür: birinci qrupa nişasta tərkibli un məhsulları, ikinci qrupa meyvə və giləmeyvələr, üçüncü qrupa tərəvəz, paxlalılar və qoz, dördüncü qrupa süd və süd məhsulları aiddir".

Diabet xəstələrinin menyusu barədə danışan endokrinoloq daha sonra deyib: "10-12 qram karbohidrat 1 çörək vahidi hesab olunur. 1 çörək vahidi karbohidrat qəbul olunanda qanda şəkərin miqdarı 1,7-2 mmol/l yüksəlir. Mənimsənilməsinə görə karbohidratlar tez mənimsənilən və zəif mənimsənilən olur. Şəkərli diabet xəstələri onları ayırmağı bacarmalıdır. Tez mənimsənilən karbohidratlar – şəkər tozu, qənd, dondurma, şokolad, bal, kvas, şirə və kompotlardır. Gec mənimsənilən karbohidratlara paxlalar, çovdar unundan hazırlanan çörək, kartof, sıyıq və meyvələr aiddir. Qida rasionunda zəif mənimsənilən karbohidratlara üstünlük verilməlidir, onlar mədə-bağırsaqdan zəif sorularaq toxumalar tərəfindən yavaş-yavaş mənimsənilir və bunun nəticəsində qanda şəkərin səviyyəsi cüzi qalxır. Sorulmanı bir qədər ləngitmək üçün hər dəfə qida qəbulunda tərəvəzlərdən istifadə etmək lazımdır. Tərəvəzlər həm doyma hissi verir, həm də bağırsaqları yaxşı işləməyə məcbur edərək şlakları orqanizmdən uzaqlaşdırır.

Qəbul edilən qidada lazımi qədər karbohidrat olmalıdır, onların az qəbul edilməsi qanda qlükoza səviyyəsinin düşməsi ilə nəticələnir, kompensator olaraq qaraciyər qlükoneogenez yolu ilə qlükoza sintez etməyə başlayır və qanda şəkərin miqdarı artır. Xəstənin qida rasionunda karbohidratın miqdarı normaya uyğun olmalıdır. Əgər həmin göstəricini şəkər vahidinə çevirsək, onda gündəlik tələbat minimum 10-12 vahid olmalıdır, orta və yüngül fiziki aktivlik zamanı isə 12-15 vahidə qədər artırılmalıdır. Qəbul edilən karbohidratların orqanizmin toxumaları tərəfindən səmərəli istifadə olunması üçün gün ərzində bərabər paylanılmalıdır. Bir dəfəyə çoxlu karbohidrat qəbul edəndə toxumalarda aclıq hissi yaranır, qaraciyər ehtiyat saxladığı qlükozanı qana ötürməyə başlayır və nəticədə qanda şəkərin səviyyəsi yüksəlir. Sağlam qida qəbuluna riayət etməyəndə ən bahalı dərman da qanda şəkərin miqdarını azaltmağa kömək etmir".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video