Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

10:29 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Texniki Universitetində magistr olmaq istəyənlər üçün ödənişsiz hazırlıq kursları təşkil edilib
Azərbaycan Texniki Universitetində magistr olmaq istəyənlər üçün ödənişsiz hazırlıq kursları təşkil edilib
ANA SƏHİFƏ / Təhsil
05:11 13.11.2017

Azərbaycan Texniki Universitetində (AzTU) 2017-2018-ci tədris ilində ölkənin ali təhsil müəssisələrində ilk dəfə magistraturaya ödənişsiz hazırlıq kursları təşkil olunub. Kursların təşkili və tələbələrin bu kurslara cəlb edilmələri üçün AzTU-nun elm və texnika üzrə prorektoru İlham Pirməmmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupu bu gündən etibarən tələbələrin kurslara qeydiyyatını elan edib. Noyabrın 19-dək davam edəcək qeydiyyat AzTU-nun magistratura və doktorantura şöbəsində (I korpus, 428-ci otaq) aparılır.

AzTU-dan AZƏRTAC-a bildiriblər ki, qeydiyyat prosesi başa çatdıqdan sonra, noyabrın 23-də kurslara yazılan tələbələr arasında sınaq imtahanı keçiriləcək. Bu imtahanın nəticəsinə əsasən tələbələrin bilik səviyyələrinə uyğun qruplar yaradılacaq.

İki mərhələdən ibarət olan kursların birinci mərhələsi dekabrın 1-dən gələn il fevralın 15-dək, ikinci mərhələsi isə gələn il martın 1-dən iyunun 30-dək təşkil olunacaq.

Qeyd edək ki, tələbələrin magistraturaya qəbul imtahanında müvəffəqiyyət səviyyəsinin artırılması məqsədilə yaradılan kurslar AzTU-da ötən tədris ilində də təşkil olunub. Kurslarda iştirak edən tələbələrin 89 faizi magistraturaya qəbul imtahanından müvəffəqiyyətlə keçib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM