12 Noyabr 2017 12:11
497
Səhiyyə
A- A+

Alkoqol xərçəng riskini yüksəldir

 

ABŞ-da fəaliyyət göstərən  Klinik  Onkologiya Cəmiyyəti - ASCO  alkoqolun xərçəng riskini artırdığını bəyan edib. Bəyanat  bir neçə gün öncə “Kliniki  onkologiya” jurnalında dərc olunub. 

1964-cü ildən fəaliyyət göstərən ASCO   onkologiya üzrə ixtisaslaşmış  həkim və mütəxəssislərin  aparıcı  peşəkar təşkilatıdır.  Beynəlxalq nüfuzu böyükdür.  Cəmiyyətə 150 ölkədən  40 mindən çox  mütəxəssis daxildir.  Təşkilat  onkologiya sahəsində  akademik araşdırma və  tədqiqatlar, sosial layihələr həyata keçirir. Bu işlə məşğul olan kənar qrupları da maliyyələşdirir.  Son bəyanat da  akademik araşdırma nəticəsində formalaşıb.

Onkoloqların tədqiqatı və  müşahidələri əsasında bəlli olub ki, alkoqollu içkilər - hətta ən  zəifləri, az miqdarda belə,  xərçəngin yaranmasına və inkişafına təkan verən əsas  amillərdəndir.  Mütəxəssislər xərçənglə alkoqolun  birbaşa əlaqəli olduğu qənaətinə  gəldiklərini  söyləyirlər. Onlar bunu sübut edən dəlillər əldə etdiklərini bildiriblər.  Bur sıra yeni peyda olmuş xərçəng növlərinin  yaranmasının da  alkoqolla birbaşa  əlaqəli olduğunu mütəxəssislər təsbit ediblər. Üstəlik aydınlaşıb  ki, siqaret çəkən şəxslər risk qrupuna daxil olsalar da, onların alkoqol qəbul etmələri  xərçəngin yaranma  ehtimalını  qat-qat yüksəldir. 

Gün ərzində cəmi 13 qram spirt qəbul edən şəxslərdə  xərçəng riski 17 faizə qədər artır. 100 qram isə  qaraciyərin sirrozu ehtimalını 2, qida borusunun xərçəngi riskini 5 dəfə artırır.  Hətta pivə  çox içildikdə bağırsaq xərçəngi yaradır.

Ümumiyyətlə, cüzi miqdarda  belə spirtli içki qəbul edən insanlarda bir neçə onkologiya növünün, o cümlədən döş, boğaz, qida borusu, qaraciyər xərçənginin yaranmasının  əsas səbəblərindən birinin alkoqol olduğu dəqiqləşdirilib.

Mütəxəssislər bir maraqlı faktı da akademik araşdırma yolu ilə aşkar ediblər:  məlum olub ki, alkoqoldan imtina  xərçəng riskini qısa müddətdə  normal  səviyyəyə  endirir. 

Cəmiyyətin bəyanatında akademik elmi tədqiqatların, o cümlədən sosial sorğuların nəticələri yer alıb.  Sorğu nəticələri də ürəkaçan deyil:  dünya üzrə insanların böyük əksəriyyəti  alkoqollu içkilərin xərçəng ehtimalını əhəmiyyətli dərəcədə artırdığından  xəbərsizdir. Halbuki alkoqolun belə bir təsirə malik olduğu  2010-cu ildən bəri müxtəlif elmi-tədqiqat araşdırmaları zamanı  üzə çıxarılıb və  bu haqda dünya ictimaiyyətinə məlumat verilib.

 

Elxan QƏNBƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video