Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

03:08 20 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı keçirilib
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı keçirilib
ANA SƏHİFƏ / Təhsil
08:11 11.11.2017

 

 

Noyabrın 11-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” IV ümumrespublika bilik yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyıb.

Tədbirdə məlumat verilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Yarışda ölkənin ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr iştirak edirlər. İlk müsabiqədə 44, ikincidə 46, üçüncüdə isə 42 ali məktəb iştirak edib.

Diqqətə çatdırılıb ki, bu il də müsabiqəyə hazırlıq məqsədilə oktyabrın 20-dən noyabrın 1-dək komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.

Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.

Yarışda hər ali məktəbdən bir komanda olmaqla ümumilikdə 44 komanda mübarizə aparıb. Hər komandada altı əsas və iki ehtiyat iştirakçı olub. Müsabiqə 3 turda keçirilib və hər turda 12 sual səsləndirilib. Qalib komandalar hər tur üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib.

Builki yarışda ilk dəfə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi, Bakı Xoreoqrafiya Akademiyası və Bakı Mühəndislik Universitetinin ali məktəb komandaları iştirak ediblər.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

İlk dəfə yarışmada iştirak edən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi, komandanın kapitanı Azər Məmmədli təəssüratlarını bölüşərək deyib: “Bu yarışda ilk dəfə iştirak etməkdən çox şadıq. Komandamız yarışmaya ciddi hazırlaşıb, uğur əldə etməyə və ilk üçlükdə qərarlaşmağa iddialıyıq. Bu yarışma bizə Heydər Əliyev şəxsiyyəti, həyatı və irsi ilə daha yaxından tanış olmağa imkan verdi”.

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin IV kurs tələbəsi, çavuş Seyran Hüseynzadə yarışın çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq deyib: “Yarışda ilk dəfə iştirak etdiyimizdən təcrübəmiz olmasa da, bizə verilən savad, bilik cəhətdən uğur qazanacağımıza ümid edirik. Tədris ocağımızda ulu öndər Heydər Əliyevin həyatı, fəaliyyəti haqqında bizə geniş məlumat verilib. Burada bizə çox gözəl şərait yaradılıb. Buna görə dövlətimizin başçısı İlham Əliyevə təşəkkür edirik. Ümid edirəm ki, yarışmada qazandığımız biliklər gələcək karyeramızda bizə kömək edəcək”.

Bilik yarışında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandası birinci, Azərbaycan Dövlət Aqrar Universiteti ikinci, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının komandası üçüncü yerlərə layiq görülüblər. Qalib komandalar mükafatlandırılıb.

Yarışın qalibi olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının komandasının kapitanı Sübhan Abdullayev yarışa çox ciddi hazırlaşdıqlarını bildirib: “Ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsində mühüm əhəmiyyətə malik bu yarışa hər bir komanda kimi biz də ciddi hazırlaşmışdıq. Yarış gərgin keçdi və çəkdiyimiz əziyyətin bəhrəsini gördük. Ötən il ikinci yeri tutmuşduq, bu il isə birinci yeri əldə etdik. Dövlət Sərhəd Xidməti Akademiyasının rəhbərliyinə, müəllim heyətinə, Heydər Əliyev Mərkəzinə və Təhsil Nazirliyinə minnətdarlığımızı bildirirəm. Ümumiyyətlə, akademiyamızda ulu öndər Heydər Əliyevin həyatı və irsinin öyrənilməsinə dair mühüm işlər aparılır və bunun da nəticəsində bu yarışın qalibi olduq”. Müsabiqə zamanı bir çox biliklər əldə etdiyini və bu yarışın onun üçün çox əhəmiyyət daşıdığını deyən S.Abdullayev komandası qalib olduğuna görə qürur hissi keçirdiyini vurğulayıb.

Ümummilli lider Heydər Əliyevə həsr olunan bilik yarışında iştirak etməyin hər bir azərbaycanlı gənc üçün böyük fəxr olduğunu söyləyən Azərbaycan Dövlət Aqrar Universitetinin komandasının kapitanı Əbülfəz Cavadov ikinci yerə layiq görüldüklərinə görə çox sevindiyini bildirib. O, Ulu Öndərin irsinin tələbələr və gənclər arasında təbliğ olunmasında və bu cür bilik yarışlarının təşkil edilməsində böyük rolu olan Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM