10 Noyabr 2017 10:11
493
Səhiyyə
A- A+

Xurmanın daim qəbulu insanın immun sisteminə müsbət təsir edir

Xurma ilboyu əhalini faydalı vitamin və minerallarla təmin edən məhsullardandır. Yüksək qidalılıq və müalicəvi xüsusiyyətlərə malik olan xurmanın tərkibi vitaminlər, fosfor, kalsium, dəmir, kalium, mis, maqnezium, sink, selin, amin turşuları və bir çox digər faydalı minerallarla zəngindir. Hazırda ticarət şəbəkəsində ən müxtəlif çeşiddə, növdə və keyfiyyətdə xurmalar təklif olunur. İstehlakçı olaraq yalnız doğru seçim meyarlarını bildiyimiz təqdirdə, həm dadlı, həm də faydalı məhsul əldə etdiyimizə əmin ola bilərik.

Xurma ürək-damar, mədə-bağırsaq sistemi üçün olduqca faydalıdır. Xurmanın daim qəbulu insanın immun sisteminə çox müsbət təsir edir və yorğunluqla mübarizədə ən yaxşı vasitədir. Xurmanı mütləq isti çay və ya su ilə qəbul etmək lazımdır. Gündəlik norma maksimum 10 ədəddir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, istehlakçı olaraq hər kəs xurma alarkən bir sıra xüsusiyyətlərə diqqət yetməlidir. Xurma seçərkən birinci növbədə onun xarici görünüşünə diqqət edilməlidir. Yaxşı yetişmiş xurma tünd qəhvəyi rəngdə olur. Xurmanın rəngi açıqdırsa, demək o yaxşı yetişməyib. Belə xurmanı almaq olmaz.

Keyfiyyətli xurma bütöv, növünə xas olan görkəm, tam və ətirə malik, meyvələri yetişmiş olmalı və üzərində ləkələr, tərkibində həşərat və onların yumurtaları olmamalıdır. Xurma bərk deyil, elastik olmalıdır. Yaxşı xurmanın rəngi parlaq yox, mat olmalıdır. Xurma yapışqanlı və yağlı olmamalıdır. Meyvələr bir birinə yapışıbsa, bu yaxşı xurma sayılmır. Belə xurmanı almayın. Çəyirdəkli xurma daha yaxşı sayılır.

Normativ-texniki sənədlərin tələblərinə əsasən xurmanın qablaşdırması üzərində istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, növü, çəkisi, istehsal tarixi, yararlılıq müddəti, enerji dəyəri və texniki sənədləşdirmənin nömrəsi barədə məlumatlar qeyd edilməlidir. Eyni zamanda, qablaşdırmada qablaşdırma tarixi, saxlanma şərtləri və sair məlumatlar olmalıdır.

Xurmanın uzun müddət saxlanılmasına təsir göstərən əsas amillər havanın rütubətliliyi, yüksək temperatur və məhsulun günəş şüaları ilə birbaşa təmasıdır. Xurma əsasən sərin, quru və qaranlıq yerdə saxlanılmalıdır. Bağlı şüşə qabda və soyuducunun üst rəfində 0°C dərəcə temperaturda xurmanı 12 ay ərzində faydalı keyfiyyətlərini itirmədən saxlamaq mümkündür. Dondurulmuş halda isə xurmanı 4-5 il ərzində tamını itirmədən saxlamaq olur. Preslənmiş və pasterizə olunmuş xurma kifayət qədər uzun müddət soyuducudan kənarda da saxlanıla bilər. Bu halda xurmanı havanın təsirindən qorumaq və kağız yaxud plastik paketdə qablaşdırmaq lazımdır.

Qablaşdırılaraq satışa verilən bəzi xurmalar uzun müddət qalsın deyə istehsalçılar tərəfindən sənaye işlənməsindən keçirilir və üzəri boz rəngdə toksiki maddə olan dioksidlə örtülmüş olur. Ona görə quru xurma və xüsusən qutuda olan xurmaların üzərində şəffaf boz çalarlı qaza bənzər maddə, üzərində ağ ərp, hisəbənzər şəffaf örtük olduqda yeyilməməlidir, yaxud da 10-15 dəqiqə isti suda saxladıqdan sonra yeyilməlidir. Əks təqdirdə bu maddə insan orqanizmi üçün təhlükəli ola bilər. Xurmanın üzərinin çox büzüşmüş olması onun keyfiyyətini aşağı salır. Üzərində kif əlamətləri olan xurmanın istifadə edilməsi sağlamlıq üçün təhlükəlidir. Yedikdən əvvəl xurmanı mütləq yumaq lazımdır.

Xurma alarkən diqqətli olmaq lazımdır. Nəzərə alınmalıdır ki, xurma satışını həyata keçirən obyektlər texniki normalara uyğun lazımi mexaniki vasitələrlə və inventarlarla təmin edilmiş olmalıdır. Piştaxtada, şüşə rəflərdə və vitrində malın adı, növü, satış qiyməti göstərilməlidir. Yuxarıda sadalanan qaydaların və şərtlərin pozulması halları ilə rastlaşdıqda aidiyyəti üzrə müraciət etməli və istehlakçı hüquqlarının təmin olunması tələb edilməlidir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video