Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:18 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Tacikistan parlamentlərarası əməkdaşlığı yüksək səviyyədədir
Azərbaycan-Tacikistan parlamentlərarası əməkdaşlığı yüksək səviyyədədir
ANA SƏHİFƏ / PARLAMENT
10:11 10.11.2017

Noyabrın 10-da Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin və Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Tacikistan parlamentinin sədr müavini Akramşo Felaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov 1992-ci il noyabrın 16-da keçirilmiş Tacikistan Respublikası Ali Sovetinin XVI sessiyasından ötən 25 il ərzində Tacikistanın müstəqil və inkişaf edən bir ölkəyə çevrildiyini bildirdi. Qeyd etdi ki, bu gün Tacikistan Mərkəzi Asiyada aparıcı rola malik ölkələrdən biridir.

Görüşdə iştirak edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov diqqətə çatdırdı ki, o vaxt Emoməli Rəhmonun Ali Sovetin sədri seçilməsindən sonra ölkədə anarxiyaya və ikihakimiyyətliliyə son qoyuldu, Tacikistan inkişaf yoluna qədəm qoydu. Bu gün Azərbaycanla Tacikistan arasında iqtisadi, siyasi, parlamentlərarası əlaqələr yüksək səviyyədədir. Prezident İlham Əliyev Tacikistanla münasibətlərin inkişafına böyük önəm verir.

Tacikistan parlamentinin sədr müavini Akramşo Felaliyev bildirdi ki, bu il həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur. Bu illər ərzində iki ölkə arasında münasibətlər daha da yaxınlaşıb. Bu gün Azərbaycan və Tacikistan bir sıra beynəlxalq təşkilatlarda yaxından əməkdaşlıq edirlər.

Tacikistan Ali Sovetinin tarixi XVI sessiyası barədə danışan sədr müavini diqqətə çatdırdı ki, həmin gün tacik xalqının tarixində taleyüklü günlərdən biridir. Həmin gün ölkəyə yeni rəhbərin seçilməsi tacik xalqını və dövlətini məhv olmaqdan xilas etdi.

Söhbət zamanı Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, Milli Məclisin komitə sədri Arif Rəhimzadə, deputatlar Musa Quliyev, Rasim Musabəyov, Azər Badamov Azərbaycan-Tacikistan münasibətlərinin tarixindən, bu sahədə görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən danışdılar, tacik xalqına və dövlətinə bu tarixi gün münasibətilə təbriklərini çatdırdılar. Görüşdə Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze də çıxış edərək öz fikirlərini bölüşüb.

Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli bu tədbiri qardaş münasibətinin təzahürü kimi qiymətləndirib və hər iki ölkəyə uğurlar arzulayıb.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM