Alternative content

12:49 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-Tacikistan əlaqələri dinamik şəkildə inkişaf edir
Azərbaycan-Tacikistan əlaqələri dinamik şəkildə inkişaf edir
ANA SƏHİFƏ / PARLAMENT
10:11 10.11.2017

Noyabrın 10-da Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ziyafət Əsgərov bu ölkənin siyasi həyatında taleyüklü rol oynamış Tacikistan Ali Sovetinin tarixi XVI sessiyasının 25-ci ildönümü münasibətilə qonağa təbriklərini çatdırdı. O, son 25 ildə Tacikistanın dayanmadan inkişaf etdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin dövlət başçılarının dostluğu əlaqələrin inkişafında böyük rol oynayır.

Birinci vitse-spiker parlamentlərarası əlaqələrin genişləndirilməsi, deputatların görüşlərinin və ikitərəfli qarşılıqlı səfərlərin artırılmasının vacibliyindən söz açdı. Z.Əsgərov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu qeyd etdi.

Tacikistan parlamenti sədrinin müavini Akramşo Felaliyev bildirdi ki, ta qədimlərdən Tacikistanla Azərbaycanı birləşdirən tellər var. Bu gün də ölkənin məktəblərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı tədris olunur. Siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişləndirilməsi üçün potensialımız böyükdür. Ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna rolu var. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirir.

Milli Məclisin deputatlarını ölkəsinə dəvət edən qonaq Tacikistan Ali Sovetinin XVI sessiyasının 25-ci ildönümü münasibətilə söylənən fikirlərə görə xüsusi minnətdarlığını bildirdi.

Görüşdə Tacikistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soli də iştirak edib.