10 Noyabr 2017 04:11
412
Səfərlər
A- A+

Prezident İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət şkafları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və şkafları yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətləri 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.

Bununla yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Ümumilikdə son 2 ildə 89 min abonenti olan Gəncə Elektrik Şəbəkəsinin xidməti ərazisində elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə 35 kV-luq “Nizami” yarımstansiyası inşa olunub, şəhər ərazisində yüksək gərginlikli 110/35 kV-luq hava xəttinin əvəzinə 3,1 kilometr, aşağı gərginlikli 10/6 kv-luq hava xəttinin əvəzinə isə 75,5 kilometr yeraltı kabel və Gəncə şəhərində 4 kilometr 110 kV-luq, 2 kilometr 35 kV-luq, 20,2 kilometr 10/6 kV-luq hava xətləri çəkilib, 305 kilometrdən çox magistral, 92 kilometrə yaxın abonent xətti özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilib. Şəhərdə 75 yeni komplekt transformator məntəqəsi, eyni zamanda, 4211 sayğac quraşdırılıb. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm Gəncədə, həm də digər bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.

“Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb.

Stansiya ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video