Alternative content

01:56 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hər gün dünyada yeddi min gənc QİÇS virusuna yoluxur
Hər gün dünyada yeddi min gənc QİÇS virusuna yoluxur
ANA SƏHİFƏ / Səhiyyə
05:11 08.11.2017

Hər gün dünyada aclıqdan 30 min gənc ölür və 7 min gənc QİÇS virusuna yoluxur.

AZƏRTAC xəbər verir ki, bu barədə noyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Məclisində qurumun sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev məlumat verib.

AHİK sədri əlavə edib ki, dünyada işçi qüvvəsinin dörddəbirini gənclər təşkil etdiyi bir vaxtda işsizlərin yarısı məhz onların payına düşür. Əmək bazarları gənclərin yaxşı perspektivli işlərlə təmin edilməsində böyük çətinlik çəkir. Hazırda dünyada 29 yaşa qədər 3 milyarddan çox insan var. Onların yarım milyarddan çoxu yoxsulluq şəraitində yaşayır.