Alternative content

18:00 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bu ərzaqlar dərmanı əvəz edə bilər
Bu ərzaqlar dərmanı əvəz edə bilər
ANA SƏHİFƏ / Səhiyyə
09:11 07.11.2017

 

Bu ərzaqlar dərmanı əvəz edə bilər. Onların hər biri müalicəvi xüsusiyyətə malikdir.

Məlumdur ki, bir neçə əsrlər bundan əvvəl dərman bugünkü qədər bol və müxtəlif çeşidli olmayıb. Hazırda hər bir aptekdə demək olar ki bütün xəstəliklərə qarşı dərman tapmaq mümkündür. Alimlərin bu günədək hələ də üzərində işlədikləri yeganə dərmanlar QİÇS və onkoloji xəstəliklərə qarşı olanlardır.

AZƏRTAC hronika.info saytına istinadla xəbər verir ki, düzgün qidalanma üzrə ekspertlər yüzlərlə dərman almaq əvəzinə evdə soyuduyuca baxıb “müalicə almaq” mümkün olduğunu təsdiq ediblər. Hər bir evdə olan ərzaq məhsulları orqanizmin qoruyucu funksiyalarını möhkəmləndirmək xassəsinə malikdir ki, bu da müxtəlif xəstəliklərin inkişafının qarşısını alır.

Bütün sirr ondadır ki, adi ərzaq məhsulları orqanizmi sərbəst radikal və toksinlərdən təmizləmə xüsusiyyətlərinə malik antioksidantlar və digər köməkçi maddələrlə zəngindir. Alimlər təsdiqləyirlər ki, antioksidantlar insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasının qarşısını almaq, hətta əmələ gəlmiş belə hüceyrələrlə mübarizə aparmaq xassəsinə malikdirlər.

Bununla yanaşı, antioksidantların köməyi ilə insan ateroskleroz, şəkərli diabet, qocalıq demensiyası və digər xəstəliklərin qarşısını almaqla öz qocalığının qeydinə qala bilər.

Bəzi ərzaqlar dərmanı əvəz edə bilər. Bunlara ədviyyat, kakao, şokolad, treska balığının qaraciyəri, çuğundur, pomidor, kələmin bütün növləri, göyərti, nar, zəncəfil kökü, sarımsaq, yaşıl çay və kök aiddir.

Bu ərzaqlar qan dövranını yaxşılaşdıran, damarları təmizləyən, immuniteti möhkəmləndirən, viruslu infeksiyaların, xərçəng hüceyrələrinin inkişafının qarşısını alan, qaraciyərin bərpasına kömək edən və s. xüsusiyyətlərə malikdir.