Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

07:13 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həkimlər hansı böyrü üstə yatmağın daha faydalı olmasından danışıblar
Həkimlər hansı böyrü üstə yatmağın daha faydalı olmasından danışıblar
ANA SƏHİFƏ / Səhiyyə
09:11 07.11.2017

Həkimlər hansı böyrü üstə yatmağın daha faydalı olmasından danışıblar. Ekspertlər sübut ediblər ki, sol böyrü üstə yuxulamaq daha faydalıdır.

AZƏRTAC hronika.info saytına istinadla xəbər verir ki, hansı böyrü üstə yatmaq müasir tibbdə ən çox mübahisə doğuran məsələlərdən biridir. Halbuki hər iki tərəfin “lehinə” və “əleyhinə” tutarlı dəlillər var. Lakin aparılan tədqiqatlardan sonra həkimlər belə nəticəyə gəliblər ki, bədənin sol tərəfi üstündə yatmaq daha faydalıdır.

Mütəxəssislərin rəyinə görə sol böyrü üstə yatmağın başlıca faydası qanın oksigenlə daha yaxşı doyması, həmçinin qan dövranının yaxşılaşmasıdır.

Bununla yanaşı, təkmilləşdirilmiş limfa cərəyanı orqanizmin təmizlənməsinə, həmçinin bədənin sağ tərəfində qan damarları ilə, heç bir basılma təhlükəsi olmadan qanın ürəyə doğru hərəkətinə kömək edir.

Mədəaltı vəzi və mədə sol tərəfə meyilli yerləşdiyindən sol böyrü üstə yuxulama onların işini tənzimləyir, həm də qıcqırma əmələ gəlməsi riskini azaldır.

Daim sol böyrü üstündə yatan diabetli xəstələrin əhvali-ruhiyyələri xeyli yaxşılaşır. Lakin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ağciyərlərin sol tərəfinin lokallaşdırılması xəstəliyi olanlara sol böyrü üstə yatmaq məsləhət deyil.

Bu tövsiyə, zədə almış və əməliyyat keçirmiş xəstələrə də aiddir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM