Alternative content

13:43 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi Qazma Podratçıları Beynəlxalq Assosiasiyası ilə əməkdaşlığa başlayır
Bakı Ali Neft Məktəbi Qazma Podratçıları Beynəlxalq Assosiasiyası ilə əməkdaşlığa başlayır
ANA SƏHİFƏ / Təhsil
01:11 07.11.2017

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazma Podratçıları Beynəlxalq Assosiasiyasının (International Association of Drilling Contractors-IADC) beynəlxalq inkişaf üzrə vitse-prezidenti Mayk Dubouz ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər arasında gələcək əməkdaşlığın mümkün istiqamətləri müzakirə edilib. M.Dubouz BANM-in fəaliyyəti ilə tanış olub, bu ali məktəbin qısa vaxtda qazandığı uğurları yüksək dəyərləndirib.

Qeyd olunub ki, 1940-cı ildən bəri bütün dünyada neft-qazçıxarma sənayesini təmsil edən IADC bu ildən etibarən SOCAR AQŞ-nin dəstəyi ilə Azərbaycanda da fəaliyyət göstərəcək. Bu münasibətlə Bakıda assosiasiyanın Xəzər regionu üzrə açılış mərasimi keçirilib. Tədbirdə çıxışı zamanı M.Dubouz BANM-in fəaliyyəti və rəhbərliyi haqqında müsbət fikirlər səsləndirib. BANM-in neft-qaz texnologiyaları üzrə magistr təhsili alan Rüfət Məhərrəmov IADC-nin Xəzər regionu üzrə prezidentinin katib-xəzinədarı təyin olunub.

Assosiasiyanın əsas məqsədi bütün dünya üzrə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətləri və bu sahənin gənc, təcrübəli mütəxəssislərini bir araya gətirərək əlaqələr yaratmaq, eyni zamanda, bu sahədə müxtəlif beynəlxalq və lokal konfranslar, təlimlər, seminarlar, elektron materiallar, yeniliklər, təcrübə proqramları vasitəsilə gənclərin biliklərinin artırılmasıdır.

Qeyd edək ki, IADC-nin baş ofisi Amerikanın Hyuston şəhərində, regional ofis isə Dubayda yerləşir.
BANM təşkilatın regionda əməkdaşlıq edəcəyi ilk və hələlik yeganə ali məktəbdir.