Alternative content

05:32 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beyinin intensiv işləməsi təkcə insanlara xas deyil
Beyinin intensiv işləməsi təkcə insanlara xas deyil
ANA SƏHİFƏ / Səhiyyə
08:11 05.11.2017

Elm adamları beyinin vücudda kiçik bir hissəni tutmasına baxmayaraq, çox enerji istifadə etməsinə bəzi heyvanlarda da rast gəlindiyini, onun intensiv işləməsinin yalnız insana xas olmadığını müəyyənləşdiriblər.

AZƏRTAC “The Journal of Human Evolution” dərgisinə istinadla xəbər verir ki, ABŞ-ın Dyuk Universitetinin alimləri 22 heyvan növündə beyinin enerji sərfini araşdırıblar. Enerjinin beyinə damarlar vasitəsilə qlükoza formasında daşındığına diqqət çəkən tədqiqatçılar heyvanların kəllə sümüyünün kəsiyi içindən keçən damarlardakı qlükoza miqdarını ölçüblər.

Tədqiqarçılar ölçmələrdən sonra belə qənaətə gəliblər ki, insan beyni proporsional olaraq gəmiricilər, makaka və babuin kimi qədim meymunlar, o cümlədən böyük meymunlardan olan şimpanze və oranqutandan daha çox enerji sərf edir. Lakin cücə ipək meymunları, qələmquyruqlu tarla siçanı və halqaquyruqlu lemur kimi bəzi növlər proporsional olaraq insanlara yaxın və ya onlardan daha çox beyin enerjisi sərf edir.

İnsan beyini fiziki olaraq vücudun 2 faizi qədər yer tutsa da, əsas metabolizmin ümumi enerjisinin təxminən 27 faizini istifadə edir.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM