Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

13:25 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV C hepatitinin müalicəsindən ötrü münasib qiymətə yüksəktəsirli dərman satışa çıxarılacaq
C hepatitinin müalicəsindən ötrü münasib qiymətə yüksəktəsirli dərman satışa çıxarılacaq
ANA SƏHİFƏ / Səhiyyə
09:11 03.11.2017

C hepatitinin müalicəsində ciddi irəliləyişlər nəzərdə tutulur. Bu yaxınlarda münasib qiymətə yüksəktəsirli dərman satışa çıxarılacaq. Bu barədə Liverpul Universitetinin farmakologiya üzrə eksperti Endryu Hill Dünya Səhiyyə Təşkilatının (DST) San-Pauluda keçirilən sammitində elan edib.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadən bildirir ki, E.Hillin sözlərinə görə, C hepatitindən yeni preparatla 12 həftəlik müalicə kursu 50 ABŞ dollarına başa gələcək. Təxminən 1000 pasiyentdə aparılan müalicənin nəticəsi dərmanın yüksək təsirini göstərib.

Ekspertin fikrincə, sınaqlar bu dərmanın təsir gücünün brend preparatlardan heç də geri qalmadığını təsdiqləyib. Endryu Hill deyib: “Bu gün dünyada C hepatitinə 70 milyon insan yoluxub. Barəsində danışdığımız qiyməti 50 ABŞ dollarına olan dərmanla xəstələri təmin etmək üçün təxminən 3,5 milyard ABŞ dolları tələb olunur. Bu isə dünya üzrə səhiyyə məqsədlərinə ayrılan büdcənin bir faizindən də az məbləğdir”.

O, dövlətləri ildə 1,3 milyon insan həyatına son qoyan hepatitin bu növünün miqyasının azaldılmasına yönələn qəti tədbirlər görməyə çağırıb.

Qeyd edək ki, Braziliyadakı sammitdə DST nümayəndələri C hepatitinin 2030-cu ilədək kökünün tamamilə kəsilməsinin qarşıya məqsəd qoyulmasını xatırladıblar. Hələ ki bu istiqamətdə Avstraliya, Braziliya, Gürcüstan, Almaniya, Misir, İslandiya, Niderland, Qətər və Yaponiyada ardıcıl tədbirlər görülür.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM