03 Noyabr 2017 06:11
453
Səhiyyə
A- A+

Uşaqlarda piylənmənin səbəblərindən biri hormonal pozuntulardır

Hippokrat qəfləti ölüm hallarının daha çox kök insanlara xarakterik olduğunu demişdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) uşaq xəstəlikləri kafedrasının müəllimi, endokrinoloq İlisur Novruzov deyib.

Həkim bildirib: “Dünya Səhiyyə Təşkilatı uşaqlıq dövründə yaranan piylənməni qlobal epidemiya kimi qiymətləndirir. Artıq çəki və piylənmə bir çox faktorlardan asılı olaraq enerji əmələ gəlmə və istifadə etmə arasında tarazlığın pozulmasıdır.

Uşaqlarda piylənmə diaqnozu böyüklərdən fərqli olaraq yaş və cinsiyyət faktorlarının nəzərə alındığı persentil əyriləri ilə dəyərləndirilir. Bu zaman boy və çəki nəzərə alınmaqla bədən kütlə indeksi hesablanır. 95 persentildən yuxarı olan uşaqlar piylənmə qrupuna aid edilirlər. Bu genetik, ətraf mühit faktorları, hormonal pozğunluqlar, metabolik xəstəliklər, ghrelin-leptin tarazlığının pozğunluğu və bir sıra bu kimi səbəblərlə əlaqəlidir. Aparılan araşdırmalara görə yağ toxumasından qana bəzi zərərli molekullar ifraz olunur və qan-damar sisteminə, hormonal balansa və metabolizmə təsir edərək müxtəlif xəstəliklərə səbəb olur. Bura qlükozaya qarşı tolerantlığın pozulması, II tip diabet, hipertenziya, ürək xəstəlikləri və sairə aiddir. Artıq orta və yuxarı yaşlarda gördüyümüz xəstəliklərə uşaqlıqlıqda da sıx rast gəlinir. Buna görə bir çox ölkələrdə heç bir risk faktoru olmayan uşaqlarda dislipidemiyaya görə skrininq proqramı istifadə edilir. Birinci skrininq prepubertat dövründə (9-16 yaş), ikinci skrininq pubertat və postpubertat (17-21 yaş) dövründə aparılmalıdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video