02 Noyabr 2017 09:11
1249
Birinci vitse-prezident
A- A+

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizə göstərilən dostluq münasibəti və diqqətə görə İtaliya Senatının sədr müavini Linda Lanzillottaya minnətdarlığını bildirdi. Bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd etdi.

Əməkdaşlığımızın bir çox sahələri – siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyini və əlaqələrimizin inkişaf etdiyini deyən Azərbaycanın Birinci vitse-prezidenti ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini vurğuladı, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunun daha da artacağını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya da TAP layihəsinə qoşularaq bu sahədə Azərbaycan ilə çox uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva Trans-Adriatik (TAP) boru kəmərinin inşası ilə bağlı bu günədək işlərin 60 faizinin görüldüyünü deyərək kəmərin vaxtında istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirdi.

İtaliya ilə münasibətlərin bir çox sahələrdə inkişaf etdiyini, eyni zamanda, potensialın daha böyük olduğunu xatırladan Azərbaycanın Birinci vitse-prezidenti gələcəkdə bu potensialdan daha səmərəli istifadə olunacağına əminliyini ifadə etdi. Bildirdi ki, humanitar sahədə ölkələrimizi və xalqlarımızı bir-birinə daha yaxın edən layihələr reallaşa bilər.

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin ölkəmizə səfərinin bu istiqamətdə atılan addımlara yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi.

İtaliya Senatının sədr müavini Linda Lanzillotta görüşə görə minnətdarlıq edərək ölkəmizlə münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu vurğuladı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video