Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk

Alternative content

22:20 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın Birinci vitse-prezidenti Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb
Azərbaycanın Birinci vitse-prezidenti Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvləri ilə görüşüb
ANA SƏHİFƏ / Birinci vitse-prezident
04:11 02.11.2017

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 2-də Fransa Respublikası Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Pyer Alen Rafanı Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Milli Məclisin deputatı olduğu zaman Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik etdiyini deyən Mehriban Əliyeva qrupun fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsinə təkan verdiyini bildirdi. “İnanıram ki, gələcək fəaliyyət nəticəsində əlaqələrimizdə olan potensialdan daha yaxşı istifadə ediləcək”, – deyən Azərbaycanın Birinci vitse-prezidenti qeyd etdi ki, bu, əlaqələrimizin daha da möhkəmlənməsinə səbəb olacaq.

Bu il Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayan Mehriban Əliyeva ötən illər ərzində ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdiyini diqqətə çatdırdı. Birinci vitse-prezident bildirdi ki, Azərbaycan Fransa ilə münasibətlərdə bütün sahələrə önəm verir. Mehriban Əliyeva ölkələrimizin prioritetləri sırasında humanitar sahəni xüsusi vurğulayaraq son illər bu sahədə böyük uğurların əldə edildiyini bildirdi. Təhsil sahəsindəki əməkdaşlığa toxunan Azərbaycanın Birinci vitse-prezidenti bu istiqamətdə ölkələrimiz arasında reallaşdırılan iri layihələrdən danışdı. Qeyd etdi ki, ölkəmizdə Fransız liseyi, Fransız-Azərbaycan Universiteti fəaliyyət göstərir və bu, həm Azərbaycanın təhsil sisteminin, həm də ikitərəfli əlaqələrin inkişafına xidmət edir.

Son illər Fransanın və Azərbaycanın müxtəlif şəhərləri arasında yaxşı əməkdaşlığın qurulduğunu, şəhərlərin qardaşlaşması haqqında sazişlərin imzalandığını xatırladan Mehriban Əliyeva bu istiqamətdə ilk addımların mədəniyyət sahəsində atıldığını, həyata keçirilən layihələrin Fransanın regionlarında ölkəmizi tanıtmaq məqsədi daşıdığını bildirdi. Azərbaycanın Birinci vitse-prezidenti bu sahədə atılan addımların iqtisadi əlaqələrə də müsbət təsir göstərdiyini yaxşı hal kimi dəyərləndirdi. Mehriban Əliyeva bir çox sahələrdə uğurlu əməkdaşlığın qurulduğunu qeyd etdi və eyni zamanda, potensialın da böyük olduğunu vurğuladı. Ümidvar olduğunu bildirdi ki, bu potensialdan istifadə edilərək ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri daha da möhkəmlənəcək. Pyer Alen Rafanın ölkəmizə ilk səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu bildirən Mehriban Əliyeva ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzuladı.

Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan bu vəzifədə fəaliyyəti dövründə ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün səylə çalışacağını bildirdi.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM