Alternative content

01:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Monteneqro xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
10:11 02.11.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çox yaxşı əlaqələrin, yüksək səviyyəli əməkdaşlıq formatının mövcud olduğunu deyən dövlətimizin başçısı Monteneqro Prezidenti və Baş nazirinin Azərbaycana, özünün isə Monteneqroya səfərlərini məmnunluqla xatırladı, həmçinin müxtəlif nazirlər və digər rəsmi şəxslərin də qarşılıqlı səfərlər həyata keçirdiyini qeyd etdi və bütün bu səfərlərin ikitərəfli əməkdaşlığımızın inkişaf etdirilməsi baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev ölkələrimizin iqtisadiyyat, enerji, sərmayə qoyuluşu, ticarət və turizm daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlıq etdiyini dedi. Azərbaycan ilə Monteneqro arasında enerji sahəsində əməkdaşlıq haqqında imzalanmış memoranduma toxunan dövlətimizin başçısı bu istiqamətdə işlərin uğurla aparıldığını qeyd etdi, memorandumun bu baxımdan çox faydalı olacağına ümid etdiyini bildirdi.

Həm Azərbaycanın, həm də Monteneqronun inkişaf etmiş turizm infrastrukturuna malik olduğunu bildirən Prezident İlham Əliyev hər iki istiqamətdə daha çox turistlərin gəlməsinə ehtiyac olduğunu qeyd etdi.

Azərbaycana ilk dəfədir ki, səfər etdiyini vurğulayan Monteneqronun xarici işlər naziri Srcan Darmanoviç ölkəmizin qısa müddət ərzində əldə etdiyi nailiyyətlərin onda dərin təəssürat yaratdığını bildirdi. Səfəri çərçivəsində Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməkdən şərəf duyduğunu deyən Srcan Darmanoviç Ulu Öndərin Azərbaycanın inkişafında böyük rol oynadığını vurğuladı, Prezident İlham Əliyevin onun siyasətini uğurla davam etdirdiyini və ölkənin sürətli inkişafına nail olduğunu dedi.

Dövlətimizin başçısı Monteneqronun xarici işlər naziri Srcan Darmanoviçin Bakıya səfərinin ölkəmizlə bağlı daha çox təəssüratlar əldə etməsi baxımından önəmli olacağına əminliyini bildirdi.