Alternative content

01:15 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qara gavalı bağırsaq xərçəngindən qoruyur
Qara gavalı bağırsaq xərçəngindən qoruyur
ANA SƏHİFƏ / Səhiyyə
09:10 31.10.2017

ABŞ tədqiqatçıları siçanlar üzərində təcrübə aparıblar. Təcrübədə iştirak edən sıçanların bir qrupuna qidalanmaq üçün qara gavalı versələr də, digər qrupunu bundan məhrum ediblər. Aparılan təcrübənin yekununda məlum olub ki, qara gavalı gəmiricilərdə bağırsaq xərçənginin inkişaf ehtimalını azaldır.

AZƏRTAC bu barədə Meddailiy.ru-a saytına istinadən xəbər verir.

Qara gavalı ilə qidalanan gəmiricilərdə digər siçan qrupu ilə müqayisədə bağırsaqlarda xərçəng yaranması ehtimalının daha az olması aşkar edilib. Alimlərin qənaətinə əsasən qara gavalıda turşuluğun səviyyəsini aşağı salan vitamin, mineral və antioksidantlar var. Görünür ki, xərçəng ehtimalını azaldan da elə həmin maddələrdir.