28 Oktyabr 2017 12:10
442
Səhiyyə
A- A+

Kasnı kökləri diabet xəstəliyi zamanı səmərəli vasitədir

Deyilənə görə, kasnının məşhurlaşmağında Sultan Süleymanın böyük rolu olub. Bir gün Sultan öyrənir ki, saray xidmətçiləri ərzaq anbarından qəhvə oğurlayaraq yerini ona bənzəyən məhsulla doldururlar. Sultan həmin məhsuldan hazırlanan içkinin dadına baxır və çox xoşuna gəlir. Qəhvənin yerinə dolduran həmin bitki kasnı imiş.

AZƏRTAC xəbər verir ki, kasnı Avropada orta əsrlərdə məşhurlaşmağa başladı. Əhali onun toxumlarını qovuraraq yaşıl içki hazırlayırdı.

Qədim Misirdə kasnının müalicəvi xüsusiyyətləri məlum idi, ondan həzmi yaxşılaşdıran vasitə kimi istifadə olunurdu. İlk dəfə hollandlar 1690-cı ildə kasnının toxumlarını qovuraraq onu təcrübədən keçiriblər. Hazırda dünyada kasnı istehsalının 40 faizdən çoxu Fransanın payına düşür.

Kasnı Aralıq dənizindən Skandinaviyayadək, Britaniyadan Şərqi Sibir və Hindistanadək, bir sözlə, Avrasiyanın mülayim və tropik iqlim qurşaqlarında geniş yayılıb. Qafqazda da meşə, çəmənlik, yol kənarları və orta dağ qurşağına qədər olan ərazilərdə ona rast gəlmək olar. Arıçılığın inkişafı üçün faydalı bitkidir.

Qədim Romada həzmi yaxşılaşdıran, Misirdə ilan və həşərat zəhərlənməsinə qarşı müalicəvi vasitə kimi istifadə edilirdi. Məşhur loğman İbn Sina podaqra, həzm traktı və göz xəstəliklərinin müalicəsində kasnını əsas vasitələrdən sayırdı. Müasir tibdə kasnı sakitləşdirici, şəkərsalıcı, öd və sidikqovucu, iltihab əleyhinə, qızdırmasalıcı və antiparazitar xüsusiyyətlərinə görə müalicə vasitəsi kimi tətbiq edilir.

Kasnıdan əldə edilən insulin bifidostmulyator olduğuna görə bağırsaq mikroflorasına müsbət təsir göstərir. Kasnı kaliumla da zəngindir və qanda "pis" xolesterinin miqdarını azaldır. Qanda şəkərin miqdarını azaltdığına görə şəkərli diabet xəstəliyində yüksək səmərə verir. Kasnı kökləri ekzema, seboreya, dəri qaşınması, psoriaz, çiban kimi dəri xəstəliklərində və saç tökülməsində geniş tətbiq edilir.

Tərkibində kofein olmadığına görə hipertoniklər də ondan istifadə edə bilərlər. Bağırsaqlarda süd və süd məhsullarının həzmi çətinləşəndə onun qəbulu prosesi qaydaya salır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video