Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:10 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Fəxri adlara layiq görülən təhsil işçilərinə mükafatlar təqdim edilib
Fəxri adlara layiq görülən təhsil işçilərinə mükafatlar təqdim edilib
ANA SƏHİFƏ / Təhsil
04:10 27.10.2017

Oktyabrın 27-də dövlət tərəfindən təltif olunan təhsil işçilərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov son illərdə dövlətimizin başçısının rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlardan danışıb, müəllimlərin əməkhaqqının artırılması və peşə nüfuzunun qaldırılması ilə bağlı görülən tədbirlərin müsbət nəticələrini qeyd edib. Müəllim əməyinin insanların həyatında, peşə fəaliyyətində böyük iz qoyduğunu deyən nazir bildirib ki, müəllimlərin fəaliyyət sahəsi həm təhsildə baş verən dəyişikliklərin əsas güc qaynağı, həm də islahatların dinamikasını müəyyənləşdirən sahədir. Buraxılış və qəbul imtahanlarının nəticələrini, beynəlxalq olimpiadalarda əldə olunan uğurları, bir sıra digər istiqamətlər üzrə qazanılan nailiyyətləri diqqətə çatdıran M.Cabbarov təhsil sahəsində müsbət meyillərin davam etdiyini vurğulayıb. O, müstəqil Azərbaycan gəncinin dövlətçilik ideyalarına bağlı, milli təşəkkür daşıyıcısı, əsl vətəndaş kimi yetişməsində müəllimin və məktəbin üzərinə düşən vəzifələri qeyd edib, vətəndaş tərbiyəsinin qarşıda duran əsas məqsədlərdən olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təhsilin inkişafındakı xidmətlərinə görə fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edən nazir onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirib, şagirdlərin hərtərəfli bilik və bacarıqlara malik şəxsiyyət kimi yetişdirilməsində yüksək əzmlə çalışacaqlarını söyləyiblər.

Sonda təltif olunan təhsil işçilərinə medal və vəsiqələr təqdim edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci il oktyabrın 3-də təhsil işçilərinə fəxri adların verilməsi və onların təltif edilmələri ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlara əsasən təhsil işçilərindən 58 nəfəri “Tərəqqi” medalı, bir nəfər isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Həmçinin 57 nəfərə “Əməkdar müəllim”, bir nəfərə “Əməkdar mədəniyyət işçisi”, bir nəfərə isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları verilib.

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM