27 Oktyabr 2017 04:10
622
Qəbullar
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev İranın iqtisadi işlər və maliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası komissiyanın həmsədri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Məsud Kərbasianı İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Hökumətlərarası birgə komissiyanın işinə toxunan Prezident İlham Əliyev komissiyanın bundan sonra da uğurla və səmərəli fəaliyyət göstərəcəyinə əmin olduğunu bildirdi. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox sürətlə və uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı bu əlaqələrin genişləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin xüsusi önəm daşıdığını vurğuladı. Əməkdaşlığımızın gözəl nəticələr verdiyini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən il 70 faiz, bu il isə 30 faiz artdığını bildirərək, əldə edilən bütün razılaşmaların icra olunduğunu dedi. Birgə önəmli transmilli layihələrin uğurla həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı bundan sonrakı illərdə də bu istiqamətdə səmərəli əməkdaşlığımızın davam etdirələcəyini əminliklə söylədi.

Məsud Kərbasian İran İslam Respublikasının iqtisadi işlər və maliyyə naziri, hökumətlərarası birgə komissiyanın həmsədri kimi ölkəmizə ilk dəfə səfər etməsindən məmnunluğunu vurğuladı. Qonaq bu vəzifədə ona göstərilən etimadın və məsuliyyətin öhdəsindən gələcəyinə və ölkələrimizin əlaqələrinin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Məsud Kərbasian dedi: “Sizin rəhbərliyiniz altında Azərbaycanda əldə edilən uğurlu inkişaf insanı valeh edir. Mən Sizi əldə olunan bu gözəl nailiyyətlər münasibətilə təbrik edirəm”.

Görüşdə ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, səhiyyə, kənd təsərrüfatı, bank, maliyyə sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video