Alternative content

16:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisdə məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planına dair “dəyirmi masa” təşkil olunub
Milli Məclisdə məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planına dair “dəyirmi masa” təşkil olunub
ANA SƏHİFƏ / PARLAMENT
04:10 26.10.2017

Oktyabrın 26-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə ailə, qadın və uşaq məsələləri komitəsi birgə məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyət planına həsr olunan “dəyirmi masa” təşkil edib.

AZƏRTAC xəbər verir ki, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentdə qəbul edilmiş “Məişət zorakılığı haqqında” Qanunun əhəmiyyətinə toxunub. Bildirilib ki, bu qanun qəbul edildikdən sonra ölkəmizdə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə məişət zorakılığına qarşı mübarizə sahəsində bir çox islahatlar həyata keçirilib. Bunların bir hissəsi qanunvericiliklə, digər hissəsi isə qanunun tətbiqi ilə bağlı idi. Təqdirəlayiq haldır ki, həm Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həm beynəlxalq təşkilatlar, həm milli qeyri-hökumət təşkilatları, həm də parlament bu məsələni daim gündəmdə saxlayır.

Parlamentin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, məişət zorakılığı ilə bağlı bütün məsələlər hər zaman ictimaiyyəti maraqlandırır. O, bu sahədə görülən işlər və qanunvericilikdəki dəyişikliklər barədə məlumat verib. Bildirib ki, müasir zamanda məişət zorakılığı ilə mübarizədə gender bərabərliyi demokratik institutların səviyyəsinin qiymətləndirilməsində əsas amillərdən biridir. Azərbaycanda məişət zorakılığı törətmiş şəxslər haqqında məlumat bazası yaradılıb ki, onlar da müvafiq tərbiyəvi, profilaktik işlər aparırlar. Zorakılıq qurbanlarına kömək məqsədilə qeyri-hökumət təşkilatları da daxil olmaqla müxtəlif kömək mərkəzləri yaradılıb. Bu cəhətdən ölkəmizdə qanunvericiliklə bağlı demək olar ki, problem yoxdur.

BMT-nin Qadın Fondunun Avropa və Orta Asiya üzrə proqram rəhbəri Katerin Volf qeyd edib ki, gender zorakılığı bütün dünyada yayılıb. Gender zorakılığı, məişət zorakılığı nə sərhəd, nə də millət tanıyır. Buna qarşı ölkə səviyyəsində müxtəlif tədbirlər görülməli, müəyyən işlər həyata keçirilməlidir. Azərbaycanda gender zorakılığına qarşı mühüm tədbirlər görülür.

“Dəyirmi masa”da mövzu ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib.