Alternative content

14:10 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə əməkdaşlığı genişləndirir
Bakı Ali Neft Məktəbi İtaliyanın “Maire Tecnimont Group” şirkəti ilə əməkdaşlığı genişləndirir
ANA SƏHİFƏ / Təhsil
09:10 25.10.2017

Bakı Ali Neft Məktəbi (BANM) İtaliyanın "Maire Tecnimont Group" şirkətinin Azərbaycan üzrə nümayəndəliyi “Kinetics Technology” şirkəti ilə əməkdaşlığının yeni mərhələsinə başlayıb. Bu münasibətlə BANM-də tərəflər arasında həyata keçirilən İnkişaf Proqramının ikinci mərhələsinin rəsmi açılış mərasimi olub.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, İtaliyanın Azərbaycandakı səfiri Avqusto Massari, “Maire Tecnimont Group”un xüsusi təşəbbüslər və regionda əlaqələndirmə üzrə birinci vitse-prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi, şirkətin Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, insan resursları üzrə meneceri Aida Bəşirova, müəllim və tələbələr iştirak ediblər.

E.Qasımov “Kinetics Technology” şirkəti ilə olan əməkdaşlığın BANM və onun tələbələri üçün əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, ötənilki uğurlu əməkdaşlığın nəticəsi olaraq BANM-in artıq iki məzunu “Kinetics Technology” şirkətində çalışır, dörd nəfər isə bu il istehsalat təcrübə proqramı keçmək üçün seçiliblər.

Daha sonra A.Massari və C.Bardazzi “Maire Tecnimont Group” və BANM-in birgə layihəsi barədə fikirlərini bildirib, sualları cavablandırıblar.

Tədbirdə “Kinetics Tecnology” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Nikolo Haylpern və kadrlar üzrə mütəxəssis Aida Bəşirova şirkətin fəaliyyəti barədə təqdimatla çıxış ediblər.

BANM-in məzunları, hazırda “Kinetics Technology” şirkətinin əməkdaşları Riyad Baxşıyev və Sənan İbrahimov keçdikləri təcrübə proqramlarından bəhs edib, onlara göstərilən dəstəyə görə rektora təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda E.Qasımov A.Massari və C.Bardazziyə “BANM-in fəxri qonağı” plaketini təqdim edib.

Qeyd edək ki, BANM-in dördüncü və beşinci kurs tələbələri üçün nəzərdə tutulan proqram bu ali məktəblə İtaliyanın “Maire Tecnimont Group” şirkəti arasında ötən il oktyabrın 19-da imzalanmış əməkdaşlıq haqqında razılaşmaya əsasən həyata keçirilir.