Alternative content

05:39 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan həkimləri çox mürəkkəb ürək cərrahiyyəsi əməliyyatı aparıblar
Azərbaycan həkimləri çox mürəkkəb ürək cərrahiyyəsi əməliyyatı aparıblar
ANA SƏHİFƏ / Səhiyyə
09:10 25.10.2017

Azərbaycan həkimləri çox mürəkkəb ürək cərrahiyyəsi əməliyyatı aparıblar. Çəkisi dörd kiloqram olan yeni doğulmuş körpənin həyatının ilk günlərindən ona “anadangəlmə ürək qüsuru” - əsas damarların yerini dəyişməsi diaqnozu qoyulub. Əməliyyatın mürəkkəbliyi ondadır ki, dəqiq diaqnoz qoyulandan sonra əməliyyat mümkün qədər tezliklə aparılmalıdır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının kardiocərrahiyyə şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Hikmət Nağıyev bildirib.

Onun sözlərinə görə, xəstəxanaya qəbul edilərkən körpənin vəziyyəti son dərəcə mürəkkəb idi, qanda oksigenin miqdarı 44 faiz təşkil edirdi.

H.Nağıyev sonda deyib: “Körpə reanimasiya şəraitində ikigünlük hazırlıqdan sonra kardiocərrah Seymur Musayev tərəfindən əməliyyat masasına alındı. Əsas damarların yerinin dəyişdirilməsi əməliyyatı (Jatene əməliyyatı) aparıldı. 25 günlük körpənin əməliyyatdansonrakı dövrü maneəsiz keçdi və 15-ci gün körpə evə buraxıldı. Əməliyyatın xüsusiyyəti ondadır ki, bütün briqada yalnız yerli mütəxəssislərdən ibarət idi (cərrahlar - tibb üzrə fəlsəfə doktorları Hikmət Nağıyev və Seymur Musayev, Kənan Əsədov, Fərid Hüseynov, anestezioloq – Aynur Qasımova, reanimatoloq – Təranə Göyüşova, perfuzioloqlar – Səfa Gülməmmədova və Zamiq Bəndəliyev, uşaq kardioloqu – Nəsimi Cabbarov). Onu da qeyd etmək istərdim ki, diaqnozun ağırlığına və əməliyyatın mürəkkəbliyinə baxmayaraq, körpə həmyaşıdları kimi sağlam böyüyəcək”.