25 Oktyabr 2017 01:10
476
PARLAMENT
A- A+

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Oktyabrın 25-də Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov gündəlikdəki məsələ barədə məlumat verib.

İclasda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Azərbaycan (ACG) Limited, BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər, Ltd., Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kapian Si, Ltd., İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Statoyl Abşeron AS, Türkiye Petrolleri A.O. arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi haqqında müzakirələr aparılıb.

Valeh Ələsgərov bildirib ki, Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası bu yenilənmiş, uzadılmış kontraktda bundan öncəki şərtlərdən aşağı yox, daha üstün şərtlərlə bu kontraktı imzalayıb. Bu da təbiidir, çünki artıq risklər yoxdur. Bu risklər olmadığına görə Dövlət Neft Şirkəti danışıqlar nəticəsində daha üstün, daha əlverişli şərtləri əldə edə bilib. Şirkətlərin daha aşağı risklərlə iş aparması üçün burada imkan yaradılır, bunun da əvəzi olaraq dövlətə səkkiz il ərzində hər il 450 milyon dollar vəsait ödəniləcək. Kontraktın digər şərtləri dəfələrlə qəbul edilmiş və standart şəkildə yazılmış mətnlərdir.

SOCAR-ın prezidenti, komitənin üzvü Rövnəq Abdullayev Sazişin əhəmiyyətindən danışaraq bildirib ki, qanun layihəsində o qədər də ciddi dəyişiklik edilməyib. Təkcə Azərbaycanın hazırkı inkişafında rəqəmlər dəyişib və bu da xeyrimizə olan göstəricilərdir. Bu Saziş 20 il keçməsinə baxmayaraq, yenə də öz əhəmiyyətini itirməyib.

Müzakirə zamanı deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər.

Sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video