Alternative content

15:35 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
Arye Qut : Azərbaycanın multikultural dəyərləri bütün dünya üçün nümunədir
ANA SƏHİFƏ / Təhsil
07:10 21.10.2017

Qərb Universitetində beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qutun universitetin müəllim və tələbələri ilə görüşü keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan-İsrail münasibətləri tarixi və müasir aspektdə nəzərdən keçirilib. Qonaq iki ölkənin xalqları arasında tarixi əlaqələrdən danışıb, yəhudilərin əsrlərboyu ölkəmizdə rahat yaşadıqlarını xatırladıb, Azərbaycanın multikultural dəyərlərinin bütün dünya üçün nümunə olduğunu deyib. Bu gün Azərbaycan və İsrail dövlətləri arasında əlaqələrin möhkəmləndiyini və strateji əhəmiyyət daşıdığını vurğulayan A.Qut ölkəmizin Cənubi Qafqazdakı mühüm mövqeyi barədə danışıb, onun regionda sülh və təhlükəsizliyin, iqtisadi inkişafın əsas təminatçısı kimi çıxış etdiyini söyləyib.

Qonaq müəllim və tələbələrin suallarını cavablandırıb. Müxtəlif istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 1997-ci ildə Qərb Universitetinin məzunu olan Arye Qut bu ali məktəbdə yenicə yaradılmış Tətbiqi Politologiya Mərkəzinin nəzdindəki multikulturalizm laboratoriyasına rəhbərlik edəcək.