Alternative content

02:18 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb
ANA SƏHİFƏ / Qəbullar
10:10 19.10.2017

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda İran İslam Respublikasının Birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirdi, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğuladı. Azərbaycan Prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı prezidentlər səviyyəsində görüşlərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini bildirdi.

İranın Birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini dedi, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd etdi.

Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söylədi və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışdı.

İqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirdi ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlətimizin başçısı dedi ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.

Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirildi və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparıldı.