Alternative content

05:40 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində mühazirələrini davam etdirir
Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində mühazirələrini davam etdirir
ANA SƏHİFƏ / Təhsil
09:10 17.10.2017

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İlboyu bilik” proqramı çərçivəsində mühazirələrini davam etdirir. Fondun Şamaxı rayon nümayəndəliyinin təşəbbüsü ilə Şamaxı Dövlət Regional Kollecində 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib.

Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fondun lektorlar qrupunun üzvü İnşallah Qafarov “Azərbaycanın dövlət müstəqilliyinin 25 ili: yekunlar və gələcəyə baxış” mövzusunda mühazirə söyləyib.

İ.Qafarov Azərbaycanın müstəqillik tarixində qazandığı nailiyyətlərdən söz açıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin daxili və xarici siyasətinin uğurla davam etdiyini, iqtisadi inkişafın insan kapitalının formalaşmasında mühüm rol oynadığını, Azərbaycanın regionda lider dövlətə çevrildiyini bildirib.

Kollec direktorunun tədris işləri üzrə müavini Vaqif Eyyubov təhsil ocağında keçirilən görüşlərdən, fondun Şamaxı rayonu üzrə nümayəndəsi Gülnurə Babaşova isə təmsil etdiyi qurumun maarifçilik fəaliyyətindən danışıblar.

Sonda Bilik Fondunun tələbələr arasında təşkil etdiyi inşa müsabiqəsinin qaliblərinə diplom və təşəkkürnamələr verilib.

Fondun təşkilatçılığı ilə növbəti mühazirə Bakı şəhəri Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbdə keçirilib.

Əvvəlcə məktəbin direktoru Rəna Süleymanova Bilik Fondunun fəaliyyəti barədə məlumat verib.

Sonra fondun lektorlar qrupunun üzvü, dosent Pərvanə Məmmədlinin “Azərbaycanda alman izləri” mövzusunda mühazirəsi dinlənilib. O, “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb, almanların ölkəmizə səfərlərini tarixi baxımdan şərh edib, onların müxtəlif istiqamətlər üzrə mədəniyyət sahəsinə verdikləri töhfələrdən danışıb.