Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

02:45 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təhsil naziri Cocuq Mərcanlı kənd tam orta məktəbində olub
Təhsil naziri Cocuq Mərcanlı kənd tam orta məktəbində olub
ANA SƏHİFƏ / Təhsil
09:10 16.10.2017

Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə M.Cabbarov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, Vətən uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar.

Daha sonra nazir şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüb. M.Cabbarov məktəbdə yaradılan şəraitlə tanış olub.

Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərslərinin “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu xatırladan nazir bu tarixin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. M.Cabbarov işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində məktəbin fəaliyyətə başlamasının, uşaqların təlim və tədris prosesində rahat iştirakının burada dinc və firavan həyatın təmin edilməsinin bariz nümunəsi olduğunu bildirib.

Təhsil Nazirliyi adından məktəbə elektron lövhə və digər hədiyyələr təqdim edilib. Müəllim və şagird kollektivi ilə birgə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Cocuq Mərcanlı kənd tam orta məktəbi Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən tikilib. Məktəbdə 60-dək şagirdin təlim-tərbiyəsi ilə 20 müəllim məşğul olur. Təhsil müəssisəsi lazımi avadanlıq, istilik sistemi və internetlə təchiz edilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM