Alternative content

22:29 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bolqarıstanlı rektor Bakı Ali Neft Məktəbinin fəaliyyətini yüksək qiymətləndirib
Bolqarıstanlı rektor Bakı Ali Neft Məktəbinin fəaliyyətini yüksək qiymətləndirib
ANA SƏHİFƏ / Təhsil
02:10 16.10.2017

Bolqarıstan Respublikasında Universitet Rektorları Şurasının sədri və eyni zamanda, İvan Rilski adına Dağ-Mədən və Geologiya Universitetinin rektoru Lyuben Totev və bu ölkənin Azərbaycandakı səfirliyinin konsulluq bölməsinin rəhbəri Kiril Apostolov ilə Bakı Ali Neft Məktəbində (BANM) görüş keçirilib.

BANM-dən AZƏRTAC-a bildirilib ki, görüş universitetlərarası əməkdaşlığın və dostluğun yaradılması məqsədilə təşkil olunub. BANM-in tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov qonaqları ali məktəbin strukturu, fəaliyyəti və qısa müddətdə əldə etdiyi nailiyyətlərlə tanış edib. Lyuben Totev BANM-də təhsil alan tələbələrin bilik səviyyələrinin statistik göstəriciləri ilə maraqlanaraq bu nəticələri çox yüksək qiymətləndirib.

BANM-in fəaliyyətinə böyük maraq göstərən bolqarıstanlı qonaqlar gələcəkdə yarana biləcək birgə əməkdaşlığın müxtəlif sahələrindən danışıblar.