14 Oktyabr 2017 07:10
300
Təhsil
A- A+

“Məzun 2017” əmək yarmarkası: 634 vakansiya, 19 təcrübə proqramı

 

Oktyabrın 14-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-də “Məzun 2017” əmək yarmarkası keçirilib.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, yarmarkada təmsil olunan 50-dək iştirakçıdan ümumilikdə 634 vakansiya təklif edilib. Maliyyə və mühasibat, marketinq, sığorta, informasiya texnologiyaları və sistem mühəndisliyi vakansiyaları üstünlük təşkil edib. Əmək yarmarkasında 13 beynəlxalq şirkət və dörd yerli holdinq təmsil olunub.

Yarmarkada cəlbedici təkliflər təcrübə proqramları ilə bağlı olub. Praktik biliklərlə yanaşı, potensial iş imkanlarının yaradılması da nəzərdə tutulmaqla, tələbələrə dərsdən sonra çalışmağa şərait yaradan “part-time” iş imkanları təklif edilib.

Təhsil nazirinin müavini Firudin Qurbanov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və UNEC-in rektoru, professor Ədalət Muradov məzun yarmarkasını izləyiblər.

Əmək yarmarkasında dövlət və özəl sektor nümayəndələri yeni təkliflər irəli sürüblər. Tələbələr arasında müsahibəyə hazırlıq, xüsusilə özünü təqdimetmə və karyera planlaması istiqamətində işlərin aparılması, müvafiq təlimlərin keçirilməsinə ehtiyac olduğu qeyd edilib. UNEC Karyera Mərkəzi və şirkət nümayəndələri ilə birlikdə bütün tələbələr üçün təlimlərin keçirilməsi razılaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video