Alternative content

08:14 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək
Bakı Ali Neft Məktəbi Poltava Milli Texniki Universiteti ilə əməkdaşlıq edəcək
ANA SƏHİFƏ / Təhsil
02:10 13.10.2017

Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin (PMTU) rektoru, iqtisad elmləri namizədi Vladimir Onişenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində (BANM) olub. Səfərin məqsədi bu ali təhsil müəssisələri arasında münasibətlərin möhkəmləndirilməsi və anlaşma memorandomunun imzalanması idi.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, beynəlxalq əlaqələri, qazandığı uğurlar barədə qonaqlara məlumat verib.

V.Onişenko 1930-cu ildən fəaliyyət göstərən PMTU-nun yüksək ixtisaslı kadrların hazırlanması sahəsində təcrübəsini bölüşüb, BANM ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib. Qonaq BANM-in qısa vaxtda əldə etdiyi nüfuz və nailiyyətlərə görə E.Qasımovu təbrik edib, bu ali məktəbin kollektivinə daha böyük uğurlar arzulayıb.

E.Qasımov BANM-in tərəfdaşlıq etdiyi universitetlər sırasına qoşulan Yuri Kondratyuk adına PMTU ilə qurulan münasibət və əməkdaşlığın tezliklə bəhrəsini verəcəyinə əminliyinin bildirib.