Alternative content

16:02 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Səhiyyə Təşkilatı qeyri-infeksion xəstəliklər üzrə yüksək səviyyəli komissiya yaradılmasını elan edib
Dünya Səhiyyə Təşkilatı qeyri-infeksion xəstəliklər üzrə yüksək səviyyəli komissiya yaradılmasını elan edib
ANA SƏHİFƏ / Səhiyyə
11:10 12.10.2017

 

Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Tedros Adhanom Gebreyesus qeyri-infeksion xəstəliklər üzrə yüksək səviyyəli komissiya yaradılmasını elan edib. O, bu fikri DST-nin Regional Komitəsinin Şərqi Aralıq dənizi ölkələri üçün İslamabadda keçirilən 64-cü sessiyasında bildirib.

AZƏRTAC xəbər verir ki, komissiyanın məqsədi dünyada ölüm hallarının baş verməsinin qarşısını almaq və milyonlarla insan ömrünün uzadılması yollarını axtarmaqdan ibarətdir. Komissiya ürək-damar xəstəlikləri, xərçəng, diabet və respirator xəstəliklərinə qarşı mübarizə istiqamətində davamlı siyasi proseslərə, həmçinin zorakılıq və travmatizm nəticəsində, psixi sağlamlığın pozulması zamanı insanın üzərinə düşən əzab yükünün yüngülləşdirilməsi məsələlərinə dəstək verəcək.

Komissiyanın sədri Saniya Niştar olacaq. Qeyri-infeksion xəstəliklərə qarşı mübarizədə dünya üzrə tanınmış fəal S.Niştar Pakistan hökumətinin keçmiş federal naziri və vətəndaş cəmiyyətinin lideridir. O, daha əvvəl DST-nin uşaq piylənməsinin aradan qaldırılması üzrə komissiyasının həmsədri olub.

Hər il qeyri-infeksion xəstəliklər 40 milyona yaxın insan həyatına son qoyur ki, bu da bütün ölüm hallarının 70 faizini təşkil edir. Onlardan təxminən 15 milyonu 30-69 yaş arasında olan insanlardır. Aşağı və orta dərəcəli gəlirə malik ölkələr qeyri-infeksion xəstəliklər problemi ilə daha çox qarşılaşır və bu səbəbdən baş verən ölüm hallarının 80 faizi məhz həmin ölkələrdədir. Zorakılıq və travmatizmdən daha çox gənclər, əsasən yeniyetmələr əzab çəkir.

Dayanıqlı inkişaf məqsədlərinə çatmaq işləri çərçivəsində 2015-ci ildə dünya liderləri 2030-cu ilədək qeyri-infeksion xəstəliklərdən ölüm hallarının üçdəbirədək azaldılması öhdəliyini qəbul ediblər.