Alternative content

11:49 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclisin nümayəndə heyəti Minskdə Böyük Vətən Müharibəsi Muzeyi ilə tanış olub
Milli Məclisin nümayəndə heyəti Minskdə Böyük Vətən Müharibəsi Muzeyi ilə tanış olub
ANA SƏHİFƏ / PARLAMENT
08:10 12.10.2017

Minskdə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Vətən Müharibəsi Muzeyində olub.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti muzeyin eksponatları ilə tanış olub, İkinci Dünya müharibəsində qəhrəmancasına həlak olmuş həmyerlilərimizin döyüş tarixi ilə maraqlanıb.

Milli Məclisin sədri Oqtay Əsədov muzeyin xatirə kitabına ürək sözlərini yazıb.